Əsirlikdə olan 300 rus hərbçisi geri qaytarıldı - VİDEO
Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi aparılıb.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Kiyevin nəzarətində olan ərazidən 300 rus hərbçisi geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 300 hərbi əsiri də təhvil verilib.
Rusiya Müdafiə Nazirliyi ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin rus hərbçilərinin geri qayıtması üçün humanitar vasitəçilik səyləri göstərdiyini açıqlayıb.


Bakı -°C

