"Qıraqdan kobud göründüyümə baxmayın, içimdə xanımlıq xarakterimi gizlədən biriyəm"

AzərbaycanPauerliftinq Federasiyasının üzvi və dəfələrlə Respublika çempionu KönülQuliyeva.
- İnsan ümumiyyətlə qazandığı uğurlarında kiməsə borclu olmalıdır yoxsa öz əziyyətimdir deməlidir??
- Hər bir uğurun arxasında həm əziyyət, həm də güclü bir məşqçi durur. Mən də uğurlarıma görə həm məşqçimŞəmsiBayramova, həm dəçəkdiyim əziyyətilərimə borcluyam.
- Pauerliftinq ağır idman növüdü, bu idmanla meşğul olmaq bir xanım olaraq çətin deyil ki?
- Bəli düz vurğuladız paurliftinq ağıridman növüdür,xanımlarüçün xüsusiləağır bir növdür.Çətin olsa da maraqlıdır. Hər bir çətinliyin arxasında evəzedilməz qələbələr durur. Bunun üçün dəçətindir deyə qorxub qaçmaq lazım deyil.(gülür)
- Həmdə bildiyim qədəri ilə fitnes müəllimisən. Bir fitness mesqçisien birinci nəyəfikirverməlidir?
- Bəli artıq uzun müddətdir fitness məşqçisi kimi faiyyət göstərirəm.İlk olaraq zala daxil olan hər bir kəsin sağlamlığına və qarşısına qoyduğu məqsədə daha çox diqqət yetirirəm.Buna uyğun olaraq məşqlərini düzgün və zədəsiz yerinə yetirmələrinə görə özlüyümdə məsuliyyət daşıyıram.
- Düzdü qeyd etdiniz kimi xanımla rəqabət aparmaq güclü xanıma yaraşmaz. Ümumiyyətlə güclü bir insana rəqabət aparmaq yaraşmaz. Amma etiraf edim ki, qarşı cinsin nümayəndəsi ilə rəqabət daha maraqlı olur. Belə bir rəqabətim olub. Qarşı cinsin nümayəndəsindən nisbətən güclü olduğum üçün qalib olmuşam. Hətta utanmışam, yəni ki gərek onu belə sındırmazdım. (gülür)
- Könül xanım idmançı olaraq tanınmış və peşəkardır, bəs elə olubmuki, incə xanım obrazını sınayarkən özünü qəribə hiss edəsən?
- Obraz deməzdim həyat dar roloynamağı sevmirəm,bu mənim xarakterimə tam olaraq yaddır. Lakin bəzən elə məclislər olurki, həmən məclisə uyğun geyim seçməli oluram və bəzənsə elə geyimlərdə özümü çoxn arahat hiss edirəm. Qıraqdan kobud göründüyümə baxmayın, içimdə xanımlıq xarakterimi gizlədən biriyəm.(gülür)
- Heç olurki,yanınıza gələn, sizə müraciət edən xanımlar sizin kimi bədən quruluşu istəsinlər?
Olur bəli amma əksər hallarda isə müraciət edən xanımlar yalnış fikirdə olurlar.Yəni onlar mənim xarici görünüşümü görüb düşünürlər ki, mən onlara da bu cür bədən quruluşu yığacam. Bu heç də belə deyil tam əksinə. Sadəcə mənim məşğul olduğum idman növü güc ,ağırlı q tələb edən idman növü oldğunu dərk etsələr bəs edir.
- Son olaraq Könül bu idman sənə nələri bəxş edib və nələri əlindən alıb?
İdman ilk olaraq məni uşaqlıq arzuma çatdırıb və tanınmış bir simaya çevrilmişəm. Ciddi olaraq idman əlimdən nələrisə almayıb.Az da olsa salamlığıma əks təsirini göstərib.Amma buna baxmayaraq mən özümü idmansız təsəvvür edə bilmirəm.

Digər Xəbərlər
jpg-1747398279.jpg)
Şıxovuzu Şikahoq edənlərin növbəti iftirası:" 60 ha meşəmizi..."

"Ağdam ilk gündən sona qədər döyüşdü, amma namərdlər çox idi"- Döyüşçü danışır
jpg-1747040745.jpg)
"PKK-nın ləğvi Türkiyə üçün 4 səbəbdən çox əhəmiyyətlidir" - MÜSAHİBƏ

Vitaminlər və minerallar nə dərəcədə vacibdir? - MÜSAHİBƏ

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Azər Badamov Rusiyadan deportasiyasından DANIŞDI - 4 saatdan sonra məni...
jpg-1746519948.jpg)
"Zimistan ay Zimistan, mənəm gəlmişəm qardaş, hardasan?" - MÜSAHİBƏ
