Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul etdi - VİDEO

Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev mayın 20-də Azərbaycanda səfərdə olan İtaliyanın Milli Müdafiə Universitetinin Ali Araşdırmalar Mərkəzinin direktoru general-polkovnik Stefano Manninonu qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Baş Qərargah rəisi Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin peşəkar hərbi kadr potensialının artırılmasına xidmət etdiyini vurğulayıb.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general-polkovnik S.Mannino hərbi kursların, ixtisasartırma proqramlarının təşkili, eləcə də mütəxəssis hazırlığı sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-İtaliya hərbi əlaqələrinin möhkəmlənməsində qarşılıqlı səfərlərin xüsusi önəm kəsb etdiyi bildirilib, maraq doğuran bir sıra digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

Parlamentin növbəti iclasının GÜNDƏLİYİ AÇIQLANDI

İlham Əliyev və Viktor Orban mətbuata birgə bəyanatla çıxış ediblər - FOTOLAR + YENİLƏNİB

İlham Əliyevin Viktor Orbanla geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Millət vəkili Məşhur Məmmədov Masallıda seçicilərlə növbəti qəbul-görüşü keçirib

Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul etdi

"Prezident Əliyev həmişə bizim yanımızda olub" - Viktor Orban

"Dostum Viktor Orban həmişə dövlət və milli maraqlarını hər şeydən üstün tutub"
