adalet.az header logo
  • Bakı 18°C
25 Iyun 2019 17:36
115351
ƏDƏBİYYAT

DÜNYANIN BİR RƏNGİ VAR...

Salam olsun, çox dəyərli oxucum. Min şükür UcaYaradana ki, Sizlərlə yeni bir görüş də qismətdə var imiş hələ... Bu dəfəkisöhbətimizin mövzusu hərflər, sözlər, kitablar silsiləsindən olan, müasir dövrümüzdəbəlkə də ən vacibi, ən yaralı yerimiz, xüsusi diqqət və qayğıya ehtiyacı olansahə hərb mövzulu yazılardır. Günümüzdə - yeniyetmə və gənclərimizin bu qədərinformasiya bolluğu içində itib-batdığı bir vaxtda bizim bundan vacib mövzumuzola bilməz deyə düşünməkdəyəm. Məncə, gəncliyin lazımlı-lazımsız, çox vaxt zərərliməlumatlarla istər-istəməz yükləndiyi vaxtda bu məsələyə xüsusi diqqət göstərilməlidir.Bundan əvvəlki yazılarda bir çox tanınmış və hələ bir o qədər də tanınmamışyazarlardan çoxlu misallar gətirərək, nələrin, hansı istiqamətlərin bizəfaydalı ola biləcəyi barədə mülahizələr irəli sürmüşdük. Ancaq, indi vəziyyət tamam fərqlidir. Ümumi yazılardan, standartromançılıqdan fərqli olaraq, hərb mövzulu yazılar yazardan xüsusi dəqiqlik tələbedir ki, yazıçı müəyyən kriteriya və dəyərlərə ciddi əməl etməli, bu işə səthiyanaşmamalıdır. Əgər, ehtiyac yaranarsa mütləq peşəkar hərbçilərdən, mütəxəssislərdənməsləhət və tövsiyələr almalı, bunu özünə eyib saymamalıdır. Əks təqdirdə, yəniöz bildiyi kimi, bir az hissə qapılıb,bir az da eşitdiyi real vəziyyəti əks etdirməyən şişirdilmiş söhbətlərdən bəhrələnərəkqələmə alınan yazılar, povest, roman (indi dəb halını almış sənədli romanlar dadaxil olmaqla) deyil, olsa-olsa nağılvari publisistika şəklində, çox gülüncformada təzahür edir. Və əlbəttə, bunu çox az sayda oxucu kütləsi, o kütlə ki,onlar işin əsli ilə maraqlanır, bu yeni kitabı oxumaq üçün büdcələrindən pulayırır, alır, oxuyur və gülür... Acı-acı gülür... Bilirsiz, daha yaxşıanlaşılan olması üçün belə bir misal çəkim, hərb mövzulu yazılar əslində məsələn,tibbə, coğrafiyaya, idarəetməyə və s. konkret obyekti olan, dəqiq məsələ vəterminlərdən istifadə olunan yazılardan heç nə ilə fərqlənmir. Nəsə xırda birqeyri-dəqiqlik olsa, təxminən hamımızın sevə-sevə dəfələrlə izlədiyi "Bəxtiyar”flimindəki o məşhur səhnəni ("10 metr -5 metr ” məsələsi) xatırladan gülünc vəziyyət ortaya çıxır. Hansı ki, xüsusi iləson dövrlər Birinci Qarabağ Müharibəsindənbəhs edən yazılmış əsərlər belə səhvlərlə zəngindir. Bu qəbildən olan qeyri-müəyyənliklərəsasən subardinasiya məsələlərində və döyüş səhnələrini təsvir edərkən məlumatsızlıqdan baş verir. Bu proses biryandan təbiidir, çünki, məşhur yazarların da belə problemləri olub. Məsələn,dünyaca məşhur Remarkın (Erich Maria Remarque) əsərləri bu tipçatışmazlıqlarla doludur və onun fikirləri, təxəyülü bir tərəfli olub, gənc əsgərdüşüncələrindən o yana keçə bilmir...Halbuki, ordu, müharibə təkcə əsgərlərdən ibarət olmayıb, daha mürəkkəbquruluşa malik bir təsisat və hadisədir. Hələlik bizim Remarkla heç bir işimiz yoxdur. Misalı sadəcəruh düşkünlüyünə qapılmağa əsas olmadığını göstərmək məqsədi ilə çəkdim. Bir dəaxı biz hal-hazırda müharibə vəziyyətində yaşayan ölkənin vətəndaşlarıyıq.Hardasa, az qala hamımızın ətrafında döyüş yolu keçmiş qazilərimiz, haliyədə hərbixidmətini davam etdirən hərbçi dost-tanışlarımız var. Sadəcə bu məsələdə birbalaca diqqətli və məsuliyyətli olmaq tələb olunur. Bütün şübhəli məqamlarda təxəyülünməhsulunu və ya real hadisəni kağız üzərinə köçürüb, tarixin yaddaşına atmazdanəvvəl mütləq "dosta ganaşmaq” lazımdır. Necə deyərlər, - "məsləhətli don gen olar”. Bir cümləniyazarkən düşünün ki, nə vaxtsa bu sətirləri saatlarla qızmar Günəşin istisindəqanlı döyüşün od-alovunu unudan və ya şıdırğı yağışın altında islanıb, çim sumundirdə ayağını qoymağa bir barmaq quru yer axtarışında soyuq güllənin hər anbəxş edə biləcəyi buz kimi ölümü unudaraq, ilan-çayınlı, qarlı-şaxtalı,çovğunlu-boranlı məşəqqətli yollar keçərək sağ qalmış əsgərlə yanaşı, həmindöyüşləri təşkil edən, tək-tək əsgərləri deyil, yüzlərlə, minlərlə nəfərlərdən ibarət bölmələri şahmattaxtasındakı fiqurlar kimi döyüş sahəsinə düzən və hər nəfərinə görə məsuliyyətdaşıyan, döyüşlərə rəhbərlik edən, müharibələri udan, bəzən uduzan – buqaçılmazdır – generallar da oxuya bilər...Düşünürəm ki, hərb mövzulu yazının uğurlu alınmasının birinci şərti yazarın hadisələrə reala yaxın təfəkkürlə baxmasından, və qəti olaraq hissəqapılmamasından ibarət ola bilər. Bu yazıdanəvvəlki on beşinci və on altıncı yazılardakı prinsipə sadiq qalaraq, yenə böyükəksəriyyətimizə məlum olan yazarlar və onların əsərləri üzərindən mühakiməyürüdərək bu məsələyə aydınlıq gətirməyə çalışacağam. Bu söhbətə başlamazdan əvvəlkiçik bir haşiyəyə çıxmaq istəyirəm:

HAŞİYƏ

Bəşər övladı əlinə qələm alan gündən onu əsas iki məsələ; döyüş və eşq düşündürüb.Demək olar ki, lap qədimdən üzübəri yazı nümunələri ya döyüş və ov səhnələri iləzəngin müharibələrdən, ya da eşqi, sevgini tərənnüm edən məhəbbətdastanlarından ibarət olub. Ən uğurlu nümunələr bu iki mövzunun birlikdə işləndiyi,hadisələrin həmahəng inkişaf etdiyi əsərlərdir. Belə nümunələr lap qədimzamanlardan mövcuddur və günümüzdə də var. Bu hadisə öz-özlüyündə onu göstərirki, dünya nə qədər rəngarəng, hadisələrlə zəngin görsənsə də əslində onun bircərəngi var, bizim onu hansı məqamda, hansı rəngdə görməyimizdən asılı olmayaraq,dünya qırmızı rəngdədir. Dünya müharibələrin qırmızı qanı, eşq məclislərininqırmızı şərabı rəngdədir. İddia edirəm ki, dünyada tək bircə əsl rəngvar o da qırmızıdır, al-qırmızı... Yerdəqalan ağdan qarayadək olan rənglər sadəcə qırmızının ağa doğrusolğunlaşmasından, nəhayətdə "AĞ”dan –XEYİR (GÜNDÜZ) – və qaraya doğru tündləşməsindən sonda "QARA” dan – ŞƏR (GECƏ) – ibarətdir. Al-qırmızı rəng buspektrin düz mərkəzində dayanır və həyat mənbəyi rolunda çıxış edir. Yəqinki, bəşər övladının kəşf edib, adlandırdığı ilk rəng də məhz qırmızı,al-qırmızı olmuşdur. Bu proses çox sadə - insanın özü yaralandıda və ya ovladığı ovun axan qanıora-bura bulaşdıqda (yəqin ki, insan əlini ocaq qalamazdan əvvəl yaralayıb) başverə bilərdi... Çox güman ki, insan oğlu ilk müharibənin başlaması xəbərini də,elə ilk sevgi məktubunu da məhz öz qanı ilə, qırmızı rəngdə yazmışdır...

Yuxarıda, haşiyədə tanış olduğumuz məlumatlar üzərindənbelə bir mühakimə yürütmək olar ki, qırmızı elə, mükəmməlliyin rəngidir.Al-qırmızı rəng əslində elə, mükəmməllikdir. Özündə sevgi ilə nifrəti, savaşlabarışı, sülh ilə müharibəni birləşdirən vəhdətin, birliyin, tamlığın, bərabərliyin simvoludur, qırmızı... Bəli, məhz tamlığın,mükəmməlliyin rəmzidir, qırmızı... Yerdə qalan rənglər onun çalarları, sadəcəbu rəngin mövcudluğunu göstərmək, mütləq hakimliyini sübut etmək üçündür.

Mətləbdən uzaqlaşmayaq, əlbəttə,yazılı nümunələriniçərisində misal göstərmək üçün belə bir əsər var. Hansı ki, onu böyük əminlikləqırmızı, mükəmməl adlandırmaq olar. Bu, dahi Lev Tolstoyun "Hərb və sülh” əsəridir.Əslində əsərin adı artıq özü barədə tam məlumatverir. Ancaq, bu sadəcə təsadüfi belə seçilimiş maraqlı, cəlbedici ad daola bilərdi. Əsərlə tanış olanlar bilir ki, bu belə deyil. "Hərb və sülh” yuxarıda sadalanmış vəsadalanmamış bütün vacib kriteriyalara, meyarlara tam cavab verən mükəmməl bir əsərdir. Olduqca geniş spektrli müşahidəqabiliyyətinə, vacib biliklərə, dərin dünyagörüşünə malik olan böyük sənətkardöyüş səhnələrindəki ən xırda detalları, rütbə və statuslardan asılı olmayaraqhərbçilərin hiss və fəaliyyətlərini, mülki həyatda olan münasibətləri, sevgi məsələlərinielə yüksək zərgər dəqiqliyi ilə təqdim etmişdir ki, sadəcə deməyə söztapmırsan. Bu əsərdən bütün insanlığa tövsiyə ola biləcək bir vacib məsaj daçıxır. Qərarsızlıq, elə yoxluğun özünə bərabərdir. "Etməyib peşman olmaqdansa,et peşman ol...” – deyir mütəfəkkir. Bəli, dahi Lev Tolstoyun, məşhur "Hərb vəsülh”- ü mükəmməldir. Ancaq, görək, bu əsər müasir azərbaycan oxucusunun tələblərinəcavab verirmi? Mən deyərdim ki, çox az bir qisim oxucu kütləsi bu cür iri həcmli əsərlərə maraq göstəriboxuyur. Nə qədər dəyərli və mükkəmməl olsa dailk baxışda müasir gənclərin olduqca böyük əksəriyyəti üçün "KİM OXUYACAQ???” baryeri yaradan belə vacib əsərlərgünümüzdə rəflərdə qalmağa məhkumdur. "Hərb və sülh”-ü misal çəkməkdə məqsədimsadəcə böyük əksəriyyətimizə məlum olan, tanıdığımız belə bir əsərin varlığını xatırlatmaqdan ibarətdir."Hərb və sülh” ümumi bir əsər olsa da, sırf hərb mövzulu yazılar üzərində işləyənyazarlarımız bu, məlum və məşhur əsərdənfaydalana bilərlər. Sual ola bilər ki, bu əsər təkdirmi? Yəni heç alternativvariant yoxdurmu? Bu suala böyük əminliklə belə cavab verərəm ki, Miladi ilə 19fevral 2019 – cu il saat 13:31 - ə qədərmənə ikinci belə bir variant məlum deyil. İndi fikrimi əsalandırmaq üçün yenəböyük əksəriyyətimizə məlum, məşhur nümunələrdən istifadə etməklə qısa açıqlama verəcəyəm. Başqa –başqa nümunələrə keçməzdən əvvəl ümumiolaraq onu qeyd etmək istəyirəm ki, sovet ədəbiyyatı döyüş yolu keçmiş müxtəlifrütbəli zabit memuarlarından tutmuş, olduqca dəyərli sovet yazıçılarınınmüharibədən, qələbədən bəhs edən əsərləri ilə zəngin idi.Sovet dönəmininkitabxanaları xidmət etdiyi ideologiyadan asılı olmayaraq hərb mövzulu əsərlərləyetərincə, tam təmin olunmuşdular. Və biz istər-istəməz bu nümunələrlə tanışolurduq. Sovet yazıçılarından əlavə rus dilinə çoxlu tərcümələr də olurdu.Yənibizim şəxsiyyət kimi formalaşdığımız dövrdə hərb mövzulu yazıların qıtlığıolmayıb. Ayrı-ayrı məşhurlara gəldikdə,gənclər arasında yayğın şəkildə mütaliə olunan Remark tam birtərəfli yazıb. Onun haqqında dördüncü yazıda ətraflıyazmışam.Remarkın yazdıqlarının nəinki,bizim gəncliyə faydası var, hətta düzgün başa düşülmədikdə zərəri ola bilər.Sonra, məsələn vaxtında rus dilində belə bir əsərlə tanış olmuşdum (öz dilimizdərast gəlməmişəm və adı tərcümə edəndə də çox uyğunsuzluq yarandığına görə beləqeyd edirəm - əvvəlcədən üzr istəyirəm) müəllifi КирстГанс olan "Фабрикаофицеров”. Məşhurdur ancaq yenə birtərəfli,çatışmazlıqlarla dolu olan əsər.Ümumiyyətlə istər qərb, istər sovet – rus ədəbiyyatnümunələrində ya xidmət etdiyi ieologiyadan dolayı, ya sadəcə məlumatsızlıqdan natamam hərbmövzulu əsərlər çoxdur.

Ümumiolaraq keçid üçün bundan əvvəl "Yazarlar və yazılar” adlı on beşinci yazıda daadlarını çəkdiyim Vasiliy Yan və Tarle, eyni zamanda onların yazdıqları birneçə əsər haqqında qısa fikir bildirmək istəyirəm. Vasiliy Yan və onun digər əsərləri iləyanaşı xüsusi ilə diqqət çəkən, faydalı ola biləcək "Çingiz Xan” , "Kurqanlardan gələn işıq” tarixi –müharibələrlədolu romanları. Tarle (Евге́ний Ви́кторович Та́рле) və onun da müharibəmövzulu digər əsərləri ilə yanaşı "Napoleon” əsəri. Tarle bu əsərdəNapoleonun timsalında çəlimsiz, cılızlakin, olduqca çalışqan bir uşaqdan ölkələrfəth edən, papanı hüzuruna gətirən, fatehə qədər inkişaf etmiş, anında mühüm qərarlarverməyi bacaran, müharibə qərarları alanda qətiyyətli sərkərdə, döyüşdə öndəgedən, cəsur, qələbəyə susamış əsgər, sevgidə aciz və eyni zamanda odlu – atəşli aşiq, idarəetmədə incə, adi detalı da unutmayan, dərin düşüncəli, sonundabaş əymədən təslim olmağı bacaran insan obrazı yaratmağı bacarmışdır. Bu ikiyazardan və onların yazdıqlarından bəhrələnmək olar.

Qismən nümunə ola biləcək, yəni müəyyən məqamlarda faydalanmaqmümkün olan ErnestHeminquey, Sent-Ekzüperi barədə onu qeyd edə bilərəm ki, bu yazarlarıntəsvirləri, ifadə vasitələri güclüdür.

Belə ümumi baxışdan sonra dünya ədəbiyyatından üçyazar və üç əsər timsalında fikirlərimi daha dəqiq formada Sizə çatdırmağaçalışacağam. Bu əsərlərin birində hərbçinin mülki həyatda hissləri və istəkləri,ikincisində həm mülki, həm də xidmətdə olan hissləri və fəaliyyəti, üçüncüsündə isə həm mülki, həm xidməti, həm dədöyüşdə başına gələnlər, düşdüyü real vəziyyətlər, həyat həqiqətləri oxucunungözləri önündə canlanır...

Birinci, dünyaca məşhur, kolumbiyalı yazıçı, ədəbiyyatsahəsində Nobel mükafatı laureatıQabriel Qarsiya Markesin1956-1957-ci illərdə yazdığı vəilk dəfə 1961-ci ildə dərc etdirdiyi "Polkovnikə məktub yoxdur” povesti –hamını özünə borclu bilən bir hərbçinin xidmətdən (bütün həyatını nəyinsə və yakiminsə uğruna xərclədikdən) sonra keçirdiyi hisslər...

İkinci, yenə məşhur, görkəmli İtaliya yazıçısı DinoBussatinin ilk romanı olan "Tatar çölü”. Bu roman haqqında bir az ətraflıyazmaq istəyirəm. Romandan və qəhrəmandansöhbət açmazdan əvvəl bir məsələni nəzərinizəçatdırmaq istəyirəm. İnanın ki, əgər bu romanın adını dəyişib məsəl üçün "Gözlərimizüfiqdə”, "Səngərlərdən sonra”, "Qarşı duran dağlar” və s. və i... qoysaq və Covanni Droqonu Məlikşah adlandırıb, bəzi adları, təbir vəterminləri müasirləşdirib, özümüzünküləşdirsək, hadisə və hisslər atəşkəsdənsonra, son iyirmi beş ildə bizim orduya və hərbçilərə elə uyum sağlayır ki,sanki, bu yazı iyirmi il Azərbaycan ordusunda, Haramı düzündə və ya digər birbölgədə - təmas xəttində xidmət etmiş zabitin qələmindən çıxıb... Bu dərəcədəoxşardır vəziyyətlər...

Dino Bussatinin"Tatar çölü” əsərinin qəhrəmanı Bastiani qalasında xidmət edən CovanniDroqonun bütün həyatı, gənc zabit kimi seçim qarşısında qalması, ümidlərlə doluxidməti, mülki həyatla ordu həyatıarasında çırpıntılar, dünyadan istədikləri, ala bildikləri, nələrin uğrunda nələrdənvaz keçdikləri və son... Hamısı elə ustalıqla təqdim olunub ki, yazarınustalığına heyran olmamaq mümkün deyil. Və onu qeyd edim ki, heyran olmaqazdır, nümunə götürmək, əxz etmək lazımdır... Və nəhayət üçüncü, Emmanuil Kazakeviç və onun 1948 – ci ildə qələməaldığı "Двое в степи” povesti ( Эммануи́л Ге́нрихович Казаке́вич,"Двое в степи”). Təəssüfki, bupovestin dilimizdə olan tərcüməsinə rast gəlməmişəm. Kazakeviçin bu povestdənbaşqa da hərb mövzulu bir-birindənmaraqlı əsərləri var. Kazakeviç İkinci Dünya Müharibəsinin sovetlər birliyindəyaşayanlar üçün Böyük Vətən Müharibəsi adlanan əsas və həlledici hissəsininbaşlandığı ilk gündən qələbəyədək döyüşən ordunun tərkibndə, olduqca müxtəlif cəbhələrdəşərəfli döyüş yolu keçmiş, tanınmış sovet yazıçısıdır. Görkəmli yazarın həyat vəfəaliyyəti ilə tanış olduqda görürsən ki, həqiqətən də o fərqlidir və bütünxüsusiyyətlərinə görə öz müasirlərindənfərqlənir... Bu fikri onun öz müasirləri səsləndiriblər. Onun haqqında hələsağlığında belə bir deyim olub: "Kazakeviç başqaları kimi isti kabinetlərdə,orda-burda, küncə-bucağa qısılıb yazmayıb...” Kazakeviçin yaratdığı Oqarkovobrazı dahi Lev Tolstoyun, məşhur Qabriel QarsiyaMarkesin, görkəmli DinoBussatinin qəhrəmanlarındannümunə ola biləcək dərəcədə fərqlənir.Əlinə qələm alıb hərb mövzusunda nəsə yazmaq istəyən şəxsin Emmanuil Kazakeviçin yaradıcılığı ilə, ələxsus bupovesti ilə tanış olması olduqca faydalı ola bilər deyə düşünməkdəyəm. Povestdəki istər döyüş səhnələri, insan taleləri, qəbulolunan qərarlar istərsə də əsərin qəhrəmanı gənc zabit Oqarkovun başına gələnlər,onun ən müxtəlif; həm döyüş, həm şəxsimünasibətlər zəminində aldığı doğru qərarlar ibrətamizdir. Əgər fikir verdinizsə,Lev Tolstoyun "Hərb və sülh” əsərindən başqa misal gətirdiyim və əslində ənfaydalı ola biləcək əsərlər sırasında adı hallanan nümunələr ikisi povest, biriisə o qədər də böyük həcmli olmayan roman oldu. Bu nümunələr xarici – dünya ədəbiyyatındanseçmələr idi. Bəs görək bu qəbildən özümüzün olan, milli, nəyimiz var?

Və əlbəttə, yenəkeçid üçün tarixilik baxımından İsa Hüseynovun (İsa Muğanna), İsmayılŞıxlının adlarını çəkib onların ekranlaşdırılmış əsərlərini misal göstərməkolar. Sırf hərb mövzusunda (şəxsi münasibətlərin inkişafı, döyüştapşırıqlarının yerinə yetirilməsi səhnələrinin təsviri baxımından) mükəmmələyaxın, yəni, qırmızımtıl olan yeganə nümunəmiz var. Bu, ötən əsr, 50-ci illərin əvvəllərindəİmran Qasımovla Həsən Seyidbəylinin birgə qələmə alıb, nəşr etdirdikləri "Uzaq sahillərdə” əsəridir. Kitab az vaxtiçərisində geniş oxucu kütləsinin rəğbətini qazanır və əldən-ələ gəzir.Xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin Böyük Vətən müharibəsində(1941-1945) əfsanəvi igidlikləri barədə oxuculara geniş məlumat verən əsərinpopulyarlığı onun filmə çevrilməsinə səbəb olur. Aradan uzun müddət keçməsinə,cəmiyyətdə və ictimai şüurda müəyyən dəyişikliklər olmasına baxmayaraq,görkəmli rejissor Tofiq Tağızadənin quruluşu, H.Seyidzadə ilə İ.Qasımovunssenarisi əsasında 1958-ci ildə lentə alınan eyni adlı film Azərbaycan kinosunun nadir incilərindən biriolaraq qalmaqdadır.Əgər diqqətinizdən qaçmayıbsa, yuxarıda sovet və dünyaədəbiyyatından adı çəkilən nümunələrin də əksəriyyəti ekranlaşdırılıb. Eləəsərlər var ki, dövrün tələbinə görə dəfələrlə təkrar-təkrar müraciət olunub. Bu faktın özü həmin əsərlərinvacibliyinin və tərbiyəvi əhəmiyyətininhansı dərəcədə yüksək olmasının bariz nümunəsidir.

Bütün bunlarla bərabər bizim birsevimli yazarımız da var ki, tarixiliklə müasirliyi yaradıcılığında böyükustalıqla birləşdirməyi bacarıb. Onun "Batmanqılıncı” nə qədər tarixidirsə,"Dolu” – su da o qədər müasirdir. Bu şəxs doğru olaraq, "Çadırda ÜzeyirHacıbəyov doğula bilməz” deyən Aqil Abbasdır. Aqil Abbasın "Dolu” romanı daeyni adlı ekran əsəri olaraq tarixin yaddaş səhnəsində öz yerini almışdır.İstər roman kimi, istərsə də film kimi"Dolu” yuxarıda sadaladığımız tələblərin çoxuna cavab verən, faydalanabiləcəyimiz nümunələr sırasına daxildir. Ancaq, bütün bunlara rəğmən, nə dünya,nə sovet, nə müasir ədəbiyyatımızda elə bir nümunə yoxdur ki, bundan əvvəlki –on beşinci - "Yazarlar və yazılar” adlıyazıda "Əli və Nino” kimi misal gətirib, nümunə göstərəsən. İndi mükəmməl yazıortaya qoymaq istəyən yazar, "Hərb və sülh”-dən, "Двое в степи”– dən, "Uzaq sahillərdə”-dən, "Dolu”-daneyni dərəcədə bəhrələnib, təxminən 70 – 80 səhifə həcmində iri həcmli povestlərvə ya yığcam romanlar ortaya qoymaqla dövrümüzün standartlarınıyaratmalıdırlar.

Demək olmaz ki, heç bir işgörülməyib, əksinə çox iş görülüb. Müxtəlif yaş təbəqələrindən olan çoxlu yazarlarımızöz səyləri, vəsaitləri hesabına nələrsə etməyə çalışırlar. Hələ ötən əsrin90-cı illərindən başlayaraq, müharibə, onun gətirdiyi problemlər, cəmiyyətdətörətdiyi fəsadlar haqqında hekayələr, povestlər, romanlar, publisistik yazılaryazılmağa başlayıb. Son on illikdə (2010-cu ildən), xüsusi ilə Mübarizdən vəAprel hadisələrindən (2016-cı il) sonra silsilə əsərlər ortaya qoyulub ki,əslində bu yazının yaranma səbəblərindən biri, bəlkə də birincisi elə buyazılar olmuşdur. Son illər nəşr olunmuşbəzi əsərlərlə tanış olduqda yazarın ən elementar məlumat və biliklərdənxəbərsiz olduğu ortaya çıxır. Yuxarıda buna aid "Bəxtiyar” filmindən "qazmaçı”"yoldaş oynayanlar”-in vəziyyətini misal gətirmişdim. İnanın, eləmisallar var ki, rəqqaslar onların yanında toya getməlidir. Rast gəlinən ən çoxvə yolverilməz səhvlərə aşağıdakılardır:

- Subardinasiya məsələlərininpozulması (buna maksimum Aqil Abbasın"Dolu”-sundakı "Komandir” xitabı səviyyəsində icazə verilə bilər ki, bu daBirinci Qarabağ Müharibəsi və hal-hazırda bəzi döyüş postlarındakı təcrübədənqaynaqlanır),

-Rütbələrin və vəzifələrinqarışdırılması (X – XI sinif səviyyəsindəki hərbi bilikdir), 
-Bölmə (bölük, tabor və s.) adlarının səhv salınması, -Döyüş səhnələrinintəsvirində adı keçən silah-sursatın texniki göstəricilərinin bilməməzlikucbatından nəzərə alınmaması (çox gülünc mənzərlər ortaya çıxır ki, əgərqiyaslasaq, heç nağıllarımızda beləsöhbətlər olmayıb) və s. bu qəbildən olan digər məsələlər.

Unutmayaq ki, həkimlik, rəssamlıq, memarlıq,coğrafiyaşünaslıq, mühəndislik, hesabdarlıqkimi, hərb işi də spesfik bir sənətdir. Və sadaladıqlarımın hamısındançətin, məsuliyyətli, dəqiq olduğu qədər də yaradıcılıq tələb edən bir işdir.Yuxarıda nümunə göstərdiyimiz əsərlərin müəlliflərinin həyatına bir də qısanəzər salaq:

-Həm Lev Tolstoy, həm də Emmanuil Kazakeviç müharibədə iştirak etmiş,real qanlı döyüş səhnələrinin və bütün digər proseslərin canlı şahidi olmuşpeşəkar zabit idi.

-Həsən Seyidbəyli və İmranQasımovun ömürlərinin yeniyetməlik-gənclikçağları, təhsil illəri, demək olar ki, şəxsiyyət kimi formalaşdıqları vaxtlarmüharibənin ən amansız, qızğın dövrlərinə təsadüf edir. Məncə, bu nəsilyaradıcı insanlar üçün "onlarmüharibənin şinelindən çıxmışdılar” ifadəsi vəziyyəti tam izah edir. Üstəgəl buşəxslər daim yazdıqlarını ilk öncə bir-birlərinə oxuyur, cavabdeh qurumlarınqarşısına çıxmazdan əvvəl dost-tanışdan məsləhət alırdılar.

-Müasirimiz Aqil Abbas – Qarabağ həsrəti-dərdi iləqovrulan həsas, şair ürəkli qələm adamı və eyni zamanda Birinci QarabağMüharibəsinin başlandığı ilk gündənistər-istəməz daim baş verən hadisələrin tən ortasında qalmış, bütün başverənlərdən az-çox xəbəri olan ictimai-siyasi xadim.

Məncə, müəlliflərin keçdiyi həyatyolu və onların yaratdıları əsərlərlə tanış olduqdan sonra bu məsələdə qaranlıq heç nə qalmır.

Son söz: - müharibə, hərb mövzusunda yazdıqda, xüsusi ilə əgər orda döyüşsəhnələri varsa, mütləq bu işdən anlayışı olan bir nəfərlə məsləhətləşin, verinilk oxucunuz dəyərli qazilərimiz olsun, şübhəli məqamları peşəkarlarladəqiqləşdirin, yox əgər bunların heç birini etmək istəmirsizsə, "Google” dostumuzun xidmətindən yararlanın(internetdə istənilən məlumatı tapıb dəqiqləşdirmək olar). Əvvəlki yazılarda damütəmadi olaraq bu barədə qeydlər edirəm. Ümumiyyətlə, onu unutmayaq ki, indi nə yazırıqsa, sabahkı gənclik bizim bugünümüzdən xəbərdar olmaq üçün böyük acgözlüklə o yazıları tapıb oxuyacaqlar.Gəlin elə yazaq ki, onları aldatmayaq... Baxmayaraq ki, biz çox aldanmışıq...Qoy onlar aldanmasınlar...

Sona qədər həmsöhbət olduğunuza görətəşəkkürlərimi bildirir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.Uğurlarınız bol olsun. Bu yazının ilk sözündən sonuna qədər bir məqsədi olub –faydalı olmaq, uğura xidmət etmək...

Müəllif: Zaur Ustac