07 Avqust 2018 00:42
21306
ƏDƏBİYYAT

Ayaqları altında cənnət, əllərində cəhənnəm açarı tutaraq, İblisə könül verən "analar"

II yazı

Ötən sayımızda 12 qatil "analar" haqqında geniş söhbət açdıq. Bu gün yazımı qaldığımız yerdən davam edirəm.
Bu cür misli görünməz vəhşiliklər şimal qonşumuz olan Rusiyada da baş verib. Bir neçə faktı misal gətirək.

2000-ci ildə Kursk əyalətinin Kurçatov
şəhərində

dəmiryol stansiyası yaxınlığında yerləşən meşədə 8 və 5 yaşlı oğlan uşaqları meyidi aşkarlanır. Bir neçə ay istintaq aparıldıqdan sonra qatilin uşaqların anası Yelena Paşayeva olduğu üzə çıxır. Uşaqlarının həyatına son qoymağı, azərbaycanlı sevgilisi İbrahimov Razimlə birgə xöşbəxt yaşamaq üçün etdiyini bildirmişdi. Beləki, azərbaycanlı "sevgilisi" onu uşaqlı halda qəbul etməyəcəyini açıq bildirmişdi. Ən maraqlı məqamda odur ki, cinayəti həyata keçirən zaman Yelena 7 aylıq hamilə olub (azərbaycanlı romeosundan ). Kurçatov şəhərinin əhalisi qəzəbə qəldiyindən, övlad qanına susamış yırtıcını öz əlləri ilə parçalamasından ehtiyyat edən hüquq-mühavizə orqanları onun mühavizəsini xeyli gücləndirmişdilər. Övladlarını oynaşıyla xöşbəxt yaşaması uğrunda qurban verən Y.Paşayeva 15 il azadlıqdan məhrum etmə cəzasıyla həbsə salınır. Həbsə dünyaya gətirdiyi qız övladı da əlindən alınaraq analıq hüququndan məhrum edilir.
2009-cu ildə Perm şəhərində Tatyana Raqojnika adlı "qadın" 3 uşağı olmasına baxmayaraq, daha layiqli həyat yaşamaq üçün ərindən ayrılaraq, Vladimir Ponomoryov adlı daimi işi olmayan bir əyyaşla izdivaca başlayır. Amma həm "ana" həmdə yeni "ər" uşaqlara qarşı mənəvi zorakılığa başlayır. Övladlar içərisndə ən kiçik olan Vladislav isə xüsusi amansızlıqlara məruz qalır. Atalığından çox doğma "anası" uşağına qarşı daha qəddar mövqe tutur. Bunun səbəbi uşağın xarakter və görkəmcə öz doğma atasına oxşaması idi. Uşağ fiziki zorakılığa məruz qalmaqla yanaşı, həm də əl-qolu bağlanıb, ağzı skoçlanaraq evin zirzəmisinə atılır. Bu cür hal uşağı hədsiz dərəcədə zəiflədir. Sonda ev sahibləri uşağın səsinin çıxmayaraq uzanıqlı vəziyyətdə qalmasından ehtiyyat edərək, rəhmə gəlib təcili tibbi yardım çağırırlar. Təyinat başına çatmış tibb personalı uşağın vəziyyətini görərək, şoka düşür və ilkin tibbi yardımdan sonra dərhal reanimasiya təcili yardımı çağırırlar. Xəstəxanada həkimlər uşağın həyatını xilas etmək üçün 2 saat əllərindən gələni etsələr də, 8 yaşlı Vladislavı xilas etmək mümkün olmur. Sonrakı ekspertiza nəticəsində bəlli olur ki, uşaq öz yaşına görə inkişafdan hədsiz dərəcə geri qalmış, üst çənəsində öz-özlüyündə bitişmiş sınıq aşkarlanmış, eyni zamanda uşaq 2 sutkadan çox qidasız qalıb, xarici və daxili orqanlarında zorakılıqlar faktları aşkarlanıb, hətta son 10 saat ərzində də zorakılıq halları davam edib. İstintaq zamanı həm "ana", həm də onun oynaşının Vladislava qarşı etdikləri zorakılıqları boyunlarına almışdılar. Məhkəmənin qərarı ilə Tatyana Raqojnikova 20 il, oynaşı Vladimir Ponomoryov 19 il 2 ay azadlıqdan məhrum ediliblər.

Rusiyada son əks-səda verən belə hadisə

25 aprel 2018-ci ildə Nijni Novqorod şəhərində baş verir. Azərbaycanlı oğlanla ailə həyatı quran Elena Kərimova (bəzi məlumatlara görə özünün də azərbaycanlı olduğu bildirilir) rahat tətil keçirmək üçün 4 yaşlı qızı Xədicəni və 2 yaşlı oğlu Süleymanı boğaraq öldürür, sonra isə yandırır. İstintaq hələ də davam edir.
Əziz oxucular heç də "Allaha şükür ki, bizdə bellə hallar yoxdu" "Allahda bizdən uzaq eləsin" deyərək keçməyin çünki biz (əksəriyyət) hər iyrəncliyi müasirlik, demokratiya hesab edərək Qərblə ayaqlaşdığımız kimi uşaq qatilliyində də rəqabət apara bilirik. Mən son illərdə baş verən bir neçə hadisəni misal çəkəcəm.
2015-ci ildə Azərbaycanda 3 belə vəhşilik baş verir. Bakının Sabunçu qəsəbəsində yaşayan 27 yaşlı Nəsibə Qurbanova 3 yaşında Ayan və 10 aylıq Ayşən adlı qızlarını boğaraq öldürür; Gəncənin "beş yol" adlanan ərazisində də Sədaqət Babayeva 1 və 3 yaşlı uşaqlarına qarşı soyqrım planı həyata keçirərək, körpələrin boğazlarını üzür. Lənkəranda da Sevinc Bayramova 2 yaşlı oğlu Məhəmmədi yastıqla boğaraq canını alır. Onların hər biri bu addımı daha rahat yaşamaq, uşaqlarından bezdikləri üçün etdiklərini bildirmişdilər.
2016-cı ildə Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanında yaşayan Nazilə Qulubəyova 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq öldürür. Etdiyi əməli oğlunun canından "pis ruhları" çıxarmaq üçün etdiyini bildirmişdi. Həmin ilin fevralında isə Gəncədə Mətanət Hüseynova 9 aylıq körpəsi Elmiri quyuya ataraq həyatına son qoyur.
2017-ci ildə Qusarın Hill kəndində Gülnarə Saypullayeva 5 yaşlı qızı Luiza Saypullayevanı zəhərləyərək öldürür.
Yüzlərlə misallar gətirmək olar, amma lüzum görmürəm. Hələ mən bu siyahıya ana bətnində qətlə yetirilən abort cinayətlərindən danışmıram, eyni zamanda üzə çıxmayan qətilləridə siyahıya daxil etmirəm.

O yerdə ki insanlar var

ağıla gəlinməyən cinayətlərin baş verməsi də qaçılmazdı. Lakin bu cür cinayətlərin periodik və artma şkalası ilə baş verməsi böyük fəlakət deməkdi. Biz həqiqət ABŞ "demokratiyasını" gözəl təqlid edə-edə inkişaf edirik. Çünki yalnız ABŞ və Avropa "demokratiyasında" ilk olaraq əclafların, amansız qatillərin, sodomazaxistlərin, nekrofillərin, mizantropların, homoseksual və digər azlıqların hüquqları geniş şəkildə qorunur. Yalnız onları layiqli hüquq-azadlıqlarla silahlandırdıqdan sonra digər insanların hüquqları nəzərdən keçirilir.
Bəli ABŞ-ın 38 ştatında ölüm hökmü var və tətbiqdə edilir. Lakin heç də bütün caniləri edam etmir və ya edam cəzası lazımi effekt vermir. Çünki ən acımasız qatillər belə lazımınca ictimai qınağa məruz qoyulmur, eyni zamanda onların hüquq-azadlıqları dəyərli bir insanlar kimi son dərəcə güclü qorunur. Xüsusi amansızlıqla, həzz alaraq, şəxsi kefi üçün övladlarının həyatına son qoyan ikiayaqlı yırtıcılara haqq verilə bilməz. Bəyənmədiyimiz ÇİN, Yaponiya KXDR, Vyetnam, Tayland, Hindistan İndoneziya, İran, Pakistan, Səudiyə Ərəbistanı, Belorusiya və digər ölkələrdə tətbiq olunan edam cəzaları yuxarıda qeyd etdiyimiz xüsusi amansızlıqla törədilən cinayətlərlə bağlı daha çox effekt verir, nəyinki ABŞ-da. Çünki adı çəkilən ölkələrdə insanları "ey insan sən hər etdiyində azadsan, hətta qanunları kobud şəkildə pozsan belə sənin hüquqların tam şəkildə qorunacaq" kimi şüarlarla degenerat böyüdülmür.
Mövzudan kənar da olsa müqayisə aparaq. Əgər Hollandiyada leqal olaraq narkotiklər apteklərdə satılaraq insanların məhvinə xidmət edirsə və bu seçim azadlığı, demokratiya adlandırıldığı, halda Çində kiminsə cibində bir dozalıq narkotik maddə tapılırsa 8 il azadlıqdan məhrum etmə, iki dozalıq maddə aşkarlandığı halda məhkəmə qərarı ilə xalqın gözü qabağında stadionda asılaraq edam edilir. Hər il orta hesabla 42-45 nəfər(rəsmi) Çin-də bu cür edam olunur. Hollandiyada isə əksinə hər il yüzlərlə insanlar narkotik maddələrə müraciət edənlər artır ki, bu da həm insan sağlamlığını, həm demoqrafiq disbalansın pozulmasına, həm də işçi qüvvəsinin çatışmamazlığı ilə nəticələnir. Çin isə bu cür qlobal problemlərə məruz qalmamaq üçün narkoman parazitləri özü məhv edir və düz edir.
Əgər bizlərdə övladlarını amansızlıqla qətlə yetirən yırtıcıları stadionlarda böyük kütlə qarşısında başını gilyotində bədənindən ayırsaq və ya 4 hissəyə şaqqalasak daha effektli olar.
Sonda bu yazımla Azərbaycan xalqına müraciət edirəm:
Oyan ey yatmış xalq!
Hər uşaq dünyaya gətirən ana deyil, uşaq dünyaya gətirərək, sonradan onu zibil qutusuna atılan əşya kimi lazımsız hesab edərək məhv edənlər "qadın" deyil, qadın cildində olan yırtıcıdır.
Cənnət hər ananın ayağı altında deyil, ən müqəddəs, saf hislərini 5 dəqiqəlik şəhvətə, istirahətə, komfortuna qurban verərək ayaqları ilə cənnətin qapılarını bağlayıb, əlləri ilə cəhənnəm qapılarını qıraraq açan "ana" cildinə girmiş iblis aşiqləri də vardır.
Abdulla İsmayıloğlu