Şəlalə Camal: Kaş bu dünyadan baş götürüb gedim...
Kaş bu dünyadan
baş götürüb gedim
Həyatın caynağından çıxım —
didim-didim.
İlahi,
danış mənlə –
söylə, edim?
Mən axı
kainatdan
zövq alammadım…
Elə bil bu dünyanın
yarı gözəldi,
Elə bil
dağlarının qarı gözəldi,
Elə bil
bağçasının barı gözəldi,
Mən axı
kainatdan
zövq alammadım…
Gözlərim görsə də,
könlüm kor qalıb,
Sevincə sarı
gedən yolum
yar qalıb,
İçimdə bahar bitib,
qışın qar qalıb,
Mən axı
kainatdan
zövq alammadım…
Elə bil bu dünyanın
yarı gözəldi,
Elə bil
dağlarının qarı gözəldi,
Elə bil
bağçasının barı gözəldi…
Mən axı
kainatdan
zövq alammadım…
Nə göy danışdı mənlə,
nə yer dinlədi,
Nə külək apardı dərdi,
nə yağış sildi.
Bir ömür
içimdə
sükut inlədi…
Mən axı
kainatdan
zövq alammadım…
Digər Xəbərlər
16 Noyabr 2026 12:41
Pərvanə Bayramqızının şeirlər kitabı çap olundu
16 Noyabr 2026 10:10
Əbülfət Mədətoğlu: Sən də gül...
15 Noyabr 2026 21:00
Yüz ildən sonra... - FOTOLAR
15 Noyabr 2026 13:45
Hər kitabı oxumaq olmur...
14 Noyabr 2026 11:40
“İnsan qorxunu bu gizli həyatıyla aşır və yaradıcılığın...”
13 Noyabr 2026 16:53
"Xarici turistlər deyirlər ki, lülə kabab dadlıdır, şəkərbura ondan da dadlıdır" - Anar
13 Noyabr 2026 12:23
BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ
11 Noyabr 2026 13:01


Bakı -°C

