Adalet.az | ACLIĞIN VAR, GƏL ÇAY İÇƏK... Adalet.az | ACLIĞIN VAR, GƏL ÇAY İÇƏK... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ACLIĞIN VAR, GƏL ÇAY İÇƏK...

16367    |   2010-11-27 06:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Əvvəllər çoxdan görüşməyən dostlar bir-birini görəndə sevinər və süfrə arxasında çörək kəsmək istəyərdilər. Çünki bir tikə çörək həm dostluğu möhkəmləndirir, həm də qarın doyurur. Ümumiyyətlə, belə bir deyim var ki, bir adamla duz-çörək kəsdin, gərək onu axıra qədər davam etdirib qoruyasan. Yoxsa çörəyi dizi üstündə olan o qədər adam var, bir də görürsən ki, 50 il, 60 il qazandıqları duz-çörəyi və xətir-hörməti bir anın içərisində tapdaladı.
   
   Elə bil mətləbdən bir qədər uzaq düşdük. Qayıtmaq istəyirik əsas fikrimizin üstünə. Yəni indi insanlar bir-biri ilə görüşəndə, ciblərindən "üşüdüklərinə" görə, bir tikə çörək kəsməyə, bir süfrə arxasında əyləşməyə imkanları olmur. Hətta utandıqlarından uzun müddət bir-biri ilə görüşməyən dostlar qarşılaşanda özlərini görməməzliyə vururlar. Amma bir çoxları isə bar-bar bağırıb deyirlər ki, bəs insanların əksəriyyəti Bakıda restoran və kafelərdə hər axşam yeyib-içir, kef-damaq çəkirlər. Utanmaz-utanmaz onu da deyirlər ki, inanmayanlar gedib axşam saatlarında restoranların qarşısında dayanan avtomobillərə baxsınlar. Doğrudan da hər axşam restoranların qarşısında avtomobillərin əlindən tərpənmək mümkün deyil. Ancaq o avtomobillərin əmək haqqına və cüzi məvaciblə dolanan insanların heç birinə aidiyyatı yoxdur. Yəni o restoranlarda yeyib-içən, kef çəkən və sonra da gözəl xanımlardan birini qoltuğuna vurub əylənən adamlar qaz vurub, qazan dolduranlardı. Başqa sözlə demiş olsaq, hər gün əlləri pula oynayan imkanlılardı. Yaxın tanışlarımdan, xüsusilə ziyalılardan on-on beşi ilə kiçik bir sorğu apardım. Soruşdum ki, axırıncı dəfə restorana nə vaxt yeyib-içməyə getmisiniz? Onların hamısı eyni cavab verdi:
   
   - Son vaxtlar restorana getdiyimiz yadımıza düşmür. Yadımıza düşən odur ki, beş-altı il bundan əvvəl bir dəfə əlimizə pul düşmüşdü, onda da gedib restoranda bəsdi deyincə vurduq. Amma indi beş-on manat pul tapanda onu da ev-eşiyə, ailəyə xərcləyirik. Bizim o qədər pulumuz nə gəzir ki, gedib restoranda "şot" verək.
   
   Adam var ki, hər gün restorana gedir və pul xərcləyir. Adam da var ki, nəyin ki, ayda, heç ildə bir dəfə qarşısına çıxan dostunu restorana aparıb qulluğunda dura bilmir. Cüzi maaşla və əmək haqqı ilə restorana gedib nahar etmək hər oğulun işi deyil. Bəlkə də əhalinin 70 faizi heç ildə bir-iki dəfə restorana gedib yeyib-içmir. Sözümün canı o deyil ki, kimsə restorana gedib yeyib-içməlidir. Sözümüzün canı odur ki, indi insanlar bir-biri ilə görüşəndə ciblərinə baxıb hərəkət eləyirlər. Adətən qabaqlar dostlar bir-birini çörək yeməyə dəvət edərdi. İndi isə imkansızlıq üzündən heç çay içməyə də dostu ilə gedə bilmir. İstedadlı şair Xaqani Ayxan "Pürrəngi" adlı yeni bir şeir yazıb. Həmin şeir öz müasirliyi və lokanikliyi ilə bu günkü günümüzə sanki bir aydınlıq gətirir. Aşağıdakı misralara diqqət yetirəndə hər şey gün kimi aydınlaşır:
   
   
   
   Aclığın var, gəl çay içək,
   
   Qəşəng pürrəngi-pürrəngi.
   
   Quşdili söhbətə keçək,
   
   Sirri dürrəngi-dürrəngi.
   
   
   
   Uzanan günlər qısalıb,
   
   Yığdığın gör kimə qalıb.
   
   Göy üzünü bulud alıb,
   
   Baxır surrəngi-surrəngi.
   
   
   
   Şükür alçağı ucaltdı,
   
   Ucanı ayağa atdı,
   
   Mənim də başımı qatdı,
   
   Baxıb korrəngi-korrəngi...
   
   
   
   Xaqani Ayxanın sözü olmasın, indi insanlar aclığı olanda qarınlarını doyurmaq üçün restorana getmək haqqında yox, çay içməklə bu aclığı doldurmaq haqqında fikirləşirlər.
   
   
   
   ***
   
   Birinin inəyi ölür. İnəyi ölən adamın qanı bərk qaralır. Qonşusu görür ki, inəyi ölən adam yasa batıb və iki əli ilə başını qucaqlayıb canını qoymağa yer tapmır. Başlayır qonşusu inəyi ölənə təsəlli verməyə. Deyir ki, inəyin ölüb canın sağ olsun, təki ölən inək olsun. Buna görə də adam bu qədər qəm dəryasına qərq olarmı? O qədər inəyi ölən adam görmüşəm ki, heç dünyanı vecinə belə almayıblar. Deyiblər ki, dünya malı dünyada qalar. Bütün dərd-bəla adamın var-dövlətinə gəlsin. Amma heç də qəm eləmə, sənin bu ölən inəyini də yenidən "diriltmək" olar. Yəni aparıb verərik həmin inəyi kolbasa sexinə, bunula da işin düzələr və pulunu da alarsan. İnəyi ölən adam yavaş-yavaş başından əllərini çəkir və gözlərini açıb soruşur:
   
   - Doğrudan, ölmüş inəyi kolbasa sexində alarlar?
   
   Qonşu:
   
   - Əlbəttə, alarlar. Niyə almırlar? İnəyin ölməyini bir sən bilirsən, bir mən, bir də həmin adamlar.
   
   İnəyi ölən kişi qonşusu ilə birlikdə ölmüş inəyi kəsir və hissə-hissə doğrayır. Sanki yeni kəsilmiş heyvanı xatırladır bu inək. Hər şeyi düzüb-qoşurlar və kəsilmiş əti gətirib kolbasa sexinə verirlər. Kolbasa sexində də bu əti qəbul edib inəyin sahibinə filan qədər pul ödəyirlər. Özü də bu sexin adı nə olsa yaxşıdı?! Sən demə, kolbasa sexinin adı "Halal" imiş. Əgər "Halal" kolbasa sexində ölmüş inəyi qəbul edib ondan kolbasa və sosiska bişirirlərsə, onda görün başqa sexlərdə onu işlədənlər hansı hoqqadan çıxır. Elə ona görə də bu gün camaatın böyük əksəriyyəti hər sexdə istehsal olunan kolbasa və sosiskanı almırlar. Alanlar da fikirləşirlər ki, bu məhsulları baha da olsa tanıdıqları super marketlərdən, ya da mağazalardan axtarıb tapsınlar. Sözün açğı, bu gün o qədər halala haram qatılıb ki, mizan-tərəzi itib. Yəni başqa sözlə demiş olsaq, Bakıdakı bir çox kolbasa sexlərində pul qazanmaq üçün onun sahibləri nəyə desən və hansı saxtakarlığa istəsən qol qoyurlar. Təki bu işdən yaxşı pul çıxsın. Amma bir onu bilmirlər ki, günlərin birində bu cür haram işlər farş olunur və onlar ifşa olunaraq ortaya çıxır. Təəssüf ki, kolbasa və sosiska sexlərində istehsal zamanı texnoloji proseslərə əməl edilməməklə yanaşı, bu cür haram işlərə də qol qoyanlar var. Onsuz da camaat bir çox halda deyir ki, kolbasa və sosiska sexlərində mənşəyi bilinməyən ətlərdən məhsul hazırlanır. Bu cür faktlar da olanda onda əhali həmin kolbasa və sosiskalardan istifadə etməkdən vaz keçir, daha keyfiyyətli məhsul axatrmaq haqqında düşünür. Hətta onlar bir çox halda yerli məhsullardan belə üz döndərməli olurlar. Guya xaricdən gətirilən kolbasa və sosiskaların hamısının keyfiyyəti yaxşıdır? Heç onlardan da baş açan yoxdur. Ən azından ona görə ki, xaricdən gətirilən məhsullara bir o qədər də zəmanət verilmir. Üstəlik də həmin məhsulların bəziləri elə Bakıda istehsal olunur və onların üzərinə xarici məhsulların etiketləri yapışdırılır. Bir sözlə, əlləm-qəlləmlik və haramçılıq baş alıb gedir. Hara gedir, necə gedir bax, bunu deyə bilmərik.
   
   
   
   ***
   
   O qədər evsiz-eşiksiz adamlar var ki, ev dərdindən uzun müddət ailə qura bilmir. Ailə quranlar isə çox çətinliklə kirayəşin həyat yaşayırlar. Həmin pulu da tapıb ev sahibinə verənə qədər olmazın müsibətlər ilə üzləşirlər. Bir ziyalı adam tanıyıram on ildir Bakının mərkəzindəki evlərin birində kirayəşin qalır. Elə qazandığını "xozeynə" verir. pulu da çatdıra bilməyəndə utandığından gecələr evə gec gəlir ki, "xozeyn" onu görməsin. Çünki yazıq güc-bəla ilə pul tapıb ailəsini bir-təhər dolandırır.
   
   Çox qəribədir ki, bugünkü gənclərin böyük əksəriyyəti ev-eşik sarıdan çətinlkilər çəkir. Onlar illərlə kirayə haqqı verir və ev-eşikləri olmadığına görə, ailə qura bilmirlər. İpoteka adı ilə verilən krediti isə hər oğul ala bilmir. Bunun üçün ya yuxarılarda "dayın" olmalıdır, ya da əməlli-başlı fərasət sahibi olmalısan ki, o krediti ala biləsən. Aydındır ki, hər adamın da "zırpı" dayısı yoxdur. "Zırpı" dayısı olmaq üçün gərək sən özün əməlli-başlı hörmət-izzət sahibi olasan. Bundan sonra işlərin yavaş-yavaş qaydasına düşər. Ancaq yiyəsiz oldun, arxan olmadı, vay onda sənin halına. Barmaqları ilə basıb iki gözünü tökəcəklər. Bir az da ağzına gələni danışsan işin daha da düyünə düşəcək.
   
   Ev dedim yadıma bu yaxınlarda tanışlarımdan birinin danışdığı əhvalat düşdü. Tanışım deyir ki, Bakıda yaxın bir qohumu var. Onun Bakının müxtəlif yerində 128 mənzili var. Həmin adamın var-dövləti o qədər başından aşıb tökülür ki, evlərinin sayını da itirib. Hətta həmin adam bilmir ki, o evlərin bəziləri şəhərin hansı yerində yerləşir. Bu imkanlı adam da xüsusi adamlar tutaraq həmin mənzilləri kirayəyə verir. Bir şəbəkə və bir dəstə dəllal onun üçün kirayəşin axtarır. Bəzən elə olur ki, evlər boşalır, kirayəşin tapılmır. Bax, onda çoxlu evi olan adam bərk qəzəblənir və hövsələdən çıxır. Deyir ki, kirayəşin olmamağı üzündən bir ayda bir ətək pul itirdim. Onda da həmin adam düşür tanıdığı ev dəllalarının üstünə və başlayır onları o ki, var danlamağa. Sonra da deyir ki, verdiyim çörək burnunuzdan gəlsin. Günü günə satıb boş-boş gəzirsiniz, kirayəşinləri tapıb mənzillərə gətirmirsiniz.
   
   Dünyanın işinə bax, bir ziyalı, savadlı, istedadlı adam on ildir kirayəşin qalır. Başqa bir dayaz, savadsız adam isə 128 mənzilə sahib çıxır. Bax, belə yerdə deyirlər, dağıl a dünya, dağıl... Ancaq o da bəllidir ki, heç kim bu dünyadan köçəndə özü ilə nə var-dövlət, nə qızıl-gümüş, nə də ev-eşik aparır. Sadəcə olaraq hərənin bir cür qisməti var. O qisməti isə gözləmək və axtarmaqla heç də hamı istədiyinə qovuşa bilmir. Amma bir məsələ gün kimi aydındır ki, hər şeyin zamana ehtiyacı var.


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-08-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kürəkən qayınanasına sms yazır:
- Sizin istehsal etdiyiniz məhsul (qızını nəzərdə tutur) zaydır, heç bir işə yaramır. Nə yemək bişirə bilir, nə də paltar ütüləyir.
Qayınana cavab yazır:
- Məhsul neçə il bundan əvvəl satıldığına görə istehsalçı məsuliyyət daşımır.




digər lətifələr
ARXİV
FACEBOOK