hacklink Adalet.az | Rusiyadakı fəlakət Yer üçün böyük təhlükədir - Video Adalet.az | Rusiyadakı fəlakət Yer üçün böyük təhlükədir - Video Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

Rusiyadakı fəlakət Yer üçün böyük təhlükədir - Video

28918    |   2019-08-02 14:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiyada 3 milyon hektar meşə sahəsində davam edən yanğın Yer kürəsinin ekologiyasına çox ciddi zərbədir.

Bu sözləri açıqlamasında Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru Rauf Sultanov deyib. O, sözügedən yanğının yaratdığı əsas problemlərdən danışıb:

"Rusiya ərazisinin 55-60 faizi meşə ilə örtülüb. Rusiyanın ərazisini nəzərə alsanız, bunun çox böyük rəqəm olduğunun fərqinə varmaq olar. Bu isə o deməkdir ki, dünyada oksigenin əmələ gəlməsində Rusiya ərazisindəki meşələrin böyük rolu var.

Yaşıl kütlə olmasa, otla qidalanan canlılar məhv ola bilər. Otla qidalanan canlıların məhv olması ətlə qidalanan canlıların da məhvi deməkdir. Buna görə də dünyada əsas ekoloji məsələlərdən biri meşələrin qorunmasıdır.

Rusiyadakı meşələrin 10 fazinin məhv olması şübhəsiz ki, dünyanın ekosisteminə böyük təsir göstərir. Bu səbəbdən Rusiya BMT və onun nəzdində olan müəyyən təşkilatlarla birgə meşələrin qorunmasını təmin etməlidir”.

Ekoloq qeyd edib ki, dünyada əmələ gələn oksigenin 40 faizini quru ərazidə olan meşələr, ot bitkiləri istehsal edirsə, 60 faizini dənizin dibində olan bitkilər istehsal edir:

"Çirkli suların dənizlərə axıdılması dənizin dibindəki bitkilərin məhv olması ilə nəticələnir və insanlar bunu bərpa etmək imkanına malik deyil. Ona görə də quru ərazidəki meşələrin qorunması olduqca vacibdir”.

R.Sultanovun sözlərinə görə, Rusiyada baş verən bu yanğın normalda havaya buraxılan karbon qazının təxminən 20 faiz artması deməkdir:

"Atmosferə karbon qazının həddindən artıq buraxılması Günəşin Yerə göndərdiyi enerjinin qarşısını alır. Bu enerji Yerdən təkrar atmosferə qayıdanda parnik effekti yaradır, bu da çirklənməyə gətirib çıxarır. Rusiyadakı meşə yanğınlarının atmosferə təsiri nəticəsində atmosferdə havanın istiləşməsi buzlaqların əriməsinə də təsir göstərir.

Digər bir məsələ də odur ki, meşələrin yanması səhralaşmaya təsir göstərən əsas amillərdən biridir. Belə ki, ağaclar yerdə olan suyun buxarlanmasının qarşısını alır və planetimizi səhralaşmadan qoruyur”.

Qeyd edək ki, Rusiyada baş verən meşə yanğınlarının sahəsi 3 milyon hektarı keçib. Yanğının səbəb olduğu tüstü yalnız Rusiyanın yarısını deyil, həmçinin qonşu ölkələri də bürüyüb. Yanğının cəngindəki ərazinin Rusiyanın onda birini təşkil etdiyi, yanğının Moskvaya yaxınlaşdığı qeyd edilir.(axar.az)




İmza:
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK