viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Nicat Novruzoğlu: KÖLGƏLİ KÖŞƏ Adalet.az | Nicat Novruzoğlu: KÖLGƏLİ KÖŞƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Nicat Novruzoğlu: KÖLGƏLİ KÖŞƏ

19363    |   2018-01-18 18:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İndi elə bir məqamdır ki, yazı yazmaq bir tərəfdən baxanda çətinləşib, digər tərəfdən baxanda "asanlaşıb". Bu məqamı baş dilçilər yaradıb. Dilimizi, sözümüzü özləri də bilmədikləri, bəlkə də bildikləri hansısa tərəfə dartıb aparırlar. Bu yolda çətinləşən odur ki, bütün ömrün boyu bildiyin, yazdığın sözlərin hərflərində dəyişikliklər edilib. İndi gərək ki, hər söz yazanda diqqət edəsən ki, bu sözdə hansı hərfi yazasan, yazmayasan, ya da ki, əvəzləyəsən. Birdən bir səhv etdinsə vay halına. Asanlaşma ondan ibarətdir ki, elə sözlər var qısalıb. Sözün içindəki qoşa hərflərdən biri sözün kölgəsindən silinib. Bu baxımdan bir yazıda xeyli hərfi yığıb növbəti yazıya saxlamaq olar.

Müxtəsər, yazılarımda sözüm dilçilərin məqbul saydıqları sözlə üst-üstə düşməsə bağışlayın məni.

Dilçilər öz işində, biz də öz işimizdə deyib sözün kölgəsindən keçirəm öz kölgəmizə. O kölgəyə ki, yarandığımız gündən hər birimizi izləyir. Və bu kölgələr kifayət qədər fərqlidir. Elə insan var ki, onun kölgəsindən hər kəs qaçır. Elə insan var ki, hətta özü də öz kölgəsindən qorxur. Elə insanlar var ki, kölgəsi kölgələr sığınacağıdır. Baxmayaraq ki, bu kölgədə insanların kölgəsi itir, amma yenə də bura üz tuturlar.

Torpaqdan bir millimetr nə hündürdürsə onun kölgəsi var. Təkcə torpağın kölgəsi yoxdur. Baxmayaraq ki, torpaq həmişə bizə kölgəsində yer verib. Görünməyən bu kölgənin bir maraqlı tərəfi də var ki, ora bizim də kölgəmiz düşür. Torpağın kölgəsində kölgəmiz itmir. Qalan kölgələr kölgəsində digərinin kölgəsini itirir. Məsələn, özünü odlar yurdunun qızmar yay günlərində günəşin şəfəqindən qorumaq üçün bir ağacın kölgəsinə verirsən ki bir az hərarətin sabitləşsin. Baxırsan ki, kölgən itib. Qarışıb ağacın kölgəsinə yox olub.

Cansızların da kölgəsi var. Götürək elə ətrafımızdakı binaların kölgəsini. Elə binanın kölgəsi var ki, ora sığınırsan elm, bilik, mənəviyyat qazanırsan. Elə bina da var ki, onun kölgəsinə girdinsə bir də baxırsan ömür qurtarır sən hələ də qandaldasan. Elə bina da var ki, onu ucaltdıqca, kölgəsini böyütdükcə sənin də kölgən böyüyür. Varlanırsan, oliqarxlaşırsan. Amma yenə də kölgən itib batır ucaltdığın binanın kölgəsində.

Bir də var gözün kölgəli olması. Onun-bunun yanında düzgün hərəkət etməyəndə, başqasının haqqına girəndə olursan gözü kölgəli.

Bu gün aramızda gözü kölgəlilər günü-gündən çoxalır. Və kölgələyə-kölgələyə də gedirlər. Və bu gözü kölgəlik də ona gətirib çıxardır ki, biri digərinin qanunsuz hərəkətini görəndə deyə bilmir, hay-həşir sala bilmir. Çünki özünün də gözü kölgəlidir. Belə məqamın da öz adı var: kölgələmək. Bunu gözü kölgəlilər yaxşı bilərlər. Çünki bu, gözü kölgələnənlərə aiddir. Və məhz gözü kölgəlilər nəyi görürlərsə, hansı bir qanunsuzluğun şahidi olurlarsa çalışırlar ki, kölgələsinlər. Niyəsini yuxarıda qeyd etdim. Kölgə kölgəni itirir. Gərək kölgələyəsən ki, kölgən qala.

Çalışın gözü kölgəli olmayın. Kölgəli olmayın ki, kölgələmiyəsiniz.




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK