SON DƏQİQƏ:

MUSİQİNİN DİLİYLƏ...

  46083   |  
Şriftin ölçüsü  
Ötən bazar günü Bakıda hava nisbətən isti olsa da, amma bu isti adamı o qədər də sıxmırdı. Sadəcə hərəkət etdikcə bir balaca hiss edirdim ki, günəşin şüası sənə toxunur, sənə özünün varlığını, yandırmaq gücünü pıçıldayır. Və sən də təbii ki, instink olaraq özünü bir balaca kölgəyə, ağacların yarpağı altında daldalanmağa çəkib aparırsan. Burda da hər şey yerində deyil. Çünki o qədər də yaxşı qulluq edilməmiş ağacların görkəmindən bir biganəlik, bir qayğıya ehtiyac hissi tökülür. Neyləmək olar, biz bəzən gözümüzün önündə olanları da unuda bilirik. Bu da bizim bir xüsusiyyətimizdi. Amma...
Unuda bilmədiklərimiz də var. Həmin o unuda bilmədiklərimizin içərisində biz saatlarla, günlərlə yaşamaq, ötənləri vərəqləmək və hətta günü günə calamaq gücümüzü də ortaya qoya bilirik. Bu da bizim daha bir xüsusiyyətimizdi. Bax, bu ümumi, amma əslində mənim fərdi yanaşmamın bəhrəsi olan fikirlərin arxa qatı da var. O arxa qata keçmək üçün mütləq əlini qapıya uzatmalısan, açmalısan o qapını. Və sonra da pillələri addım-addım qalxıb səni gözləyən və sənin ardınca getdiyin hər nədisə onun qarşısında dayanıb istəyini pıçıldayırsan. Çünki səni həmin yerə gətirən məhz o istəkdi. Elə ötən bazar günü mənim də istəyim əlimdən tutub həmin məktəbə gətirmişdi. O məktəbə ki, burda musiqi hakimdi. Burda daha çox barmaqlar, nəfəslər və bir də duyğular danışır. O duyğular danışır ki, onlar varlığını, könlünü verdiyin nəğmələri təqdim etməyə səndə istedad adlanan imkanın çalarlarını da oyadır. Bax, mən də həmin məktəbdə istedadın da, səsin də bütövlükdə musiqinin yaratdıqlarının aurasında bir zaman kəsiyi yaşadım. Çünki...
Bəli, Şuşa rayonunun musiqi məktəblərindən biri olan Xəlifəli məktəbi əslində bir ənənənin yaşaması, onun nəsildən-nəsilə, ildən-ilə keçməsi üçün həmişə vaxtdan və şəraitdən yararlanmağa çalışır. Yəni Qarabağdan, Şuşadan didərgin düşəndən sonra bu məktəb özünün qaçqın həyatında da varlığını arxa plana keçirməyib. Əksinə, müsbət nümunələrlə pedaqoji uğurlarla rayon ictimaiyyətinin diqqət mərkəzində olubdu...
Həmin gün məktəbin yerləşdiyi Binəqədi ərazisindəki o qaçqın ünvanda bir canlanma var idi. Çünki məktəbə təkcə şagirdlər, müəllimlər yox, həm də valideynlər toplaşmışdılar. Özü də hamının əhvalı demək olar ki, musiqi dili ilə ifadə etsəm, bir lirik mahnı üzərində köklənmişdi. Üz-gözlərdən təbəssüm, sevinc yağırdı. Bunun səbəbi bir gün öncədən mənə məlum idi. Çünki həmin məktəbdə mənim də övladım pianino sinfində dərs almışdı. Bilirdim ki, hər ilin son dərs günündə məktəbdə yekun konsert təşkil olunur. Şagirdlər ayrı-ayrılıqda və kollektiv şəkildə öz ifalarını təqdim etməklə il ərzində nəyə nail olduqlarını, nəyi mənimsədiklərini hamıya, xüsusilə valideynlərinə göstərirlər. Üstəlik, bu həm də müəllimlərin bir il ərzində necə işlədiklərinin, şagirdlərə nələri mənimsədə bildiklərinin bir göstəricisidir.
Bu da təyin olunmuş vaxt. Hamı məktəbin yerləşdiyi binanın böyük dəhlizində öz yerini tutub. Tədbiri məktəbin direktoru Salman Ağalarov açır. Qısa bir şəkildə müəllimləri, valideynləri və şagirdləri salamlayan məktəb direktoru vurğulayır ki, yekun konsertin qonaqları arasında Şuşa rayon icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, rayon Mədəniyyət və Turizm idarəsinin müdiri Zahid Abbasov, qarabağlı şair Əyyub Şırlanlı və digər məktəblərin nümayəndələri də var. Təbii ki, bu, bizə olan hörmət və diqqətin nəticəsidir. Düşünürəm ki, şagirdlərin hazırladıqları bu konsert proqramı hamımızın xoşuna gələcəkdir.
Tədbiri idarə edən gənc müəllimə Əsmət Xəlilovanın dəvəti ilə ilk ifa hüququ məktəbin konsertmeysteri Gülnarə Abbasquluyevaya verildi. O, Polad Bülbüloğlunun "Şən Azərbaycan" və Cahangir Cahangirovun "Qarabağ" musiqilərini ifa edir. Müəllimənin müşayiəti ilə həmin mahnıları səsləndirən məktəbin xoru demək olar ki, elə ilk ifa ilə bu tədbirə mükəmməl hazırlaşdıqlarını göstərə bilirlər. Sonra söz 5-ci sinif şagirdi Nurlan Məmmədova verilir. Onun sinəsinə sıxdığı sazı "Yanıq Kərəmi" havasını hər kəsə çatdıra bilir. Yəni bir məktəbli barmaqları altında danışan tellər "Yanıq Kərəmi" musiqi təqdimatını ürəyimizcə edir.
Bu tədbirdə çıxış edən bütün iştirakçılar demək olar ki, sanki yarışırmış kimi bir-birilərini ötüb keçməyə çalışırdılar. Bu çox sevindirici hal idi. Çünki şagirdlər arasındakı bilik, ifa yarışması onların böyük musiqiyə gedən yolda həm də ilk uğurları sayıla bilər. Üstəlik onlar bu yarışmanı öz valideynləri və müəllimləri qarşısında təqdmi edirdilər. Bunun özü də çox təqdirəlayiq idi. İstər qarmonda ifa edən 5-ci sinif şagirdi Elnur Bədəlov, istər "Sarı gəlin"i oxuyan 5-ci sinif şagirdi Asunda Səlimi, istər "Şahnaz" muğamını bizim üçün şirin bir şəkildə təqdim edən 4-cü sinif şagirdi Əbdülrəhman Sadıqlı, istər fortopianoda "Vals"ı ifa edən 3-cü sinif şagirdi Zeynəb Qarayeva, eləcə də bu tədbirdə öz ifası ilə hamımızı heyran edən 4-cü sinif şagirdi Ülvi Talıblı göstərdi ki, məktəbdə musiqinin tədrisi, pedaqoji mühit kifayət qədər ürəkaçandır. Ümumiyyətlə, bu konsertdə çıxış edən bütün şagirdlər yaşlarından asılı olmayaraq, öz çıxışlarını mükəmməl şəkildə hazırlayıb təqdim etməyi bacardılar. Sözsüz ki, burada onlara müəllimləri yardımçı olmuşdular. Həmin konsertdə Çaykovskinin "Nepoliton" nəğməsi 3-cü sinif şagirdi Arzu Həsənovanın ifasında səsləndi. Arzunun müəlliməsi Nilufər Sadıqova kənardan öz şagirdinin sanki həyəcanını aradan qaldırmaq üçün ona mehriban nəzərlərlə diqqət yetirirdi. Məhz bu ifadan sonra Şuşa rayon icra hakimiyyəti başçsısının müavini Vüsalə Fətəliyeva bildirdi ki, o da Şuşada bir vaxtlar musiqi məktəbinin direktor müavini işləyəndə bu mahnını çox sevibdi. İndi həmin ifa onu Şuşalı günlərə çəkib apardı.
Bəli, çox böyük uğurla yekunlaşan yekun konsertində məktəbliləri, onların valideynlərini təbrik edən Vüsalə Fətəliyeva, Zahid Abbasov, Əyyub Şırlanlı, eləcə də bu sətirlərin müəllifi hər kəsə ən xoş arzularını çatdırdılar. Bildirdilər ki, burda bir Şuşa mühiti yaradılmışdı, burda bir Qarabağ ab-havası var idi və bütün ifalar göstərirdi ki, bu məktəb və onun kollektivi həmişə olduğu kimi, yenə də öz yolunu uğurla davam etdirir.
Bəli, öətn bazar günü məktəblilərin səsləndirdiyi müxtəlif musiqi alətləri, təqdim etdikdləri müxtəlif nəğmə çələngləri, eləcə də onların səsinə və nəfəsinə öz səslərini və nəfəslərini qatan müəllimlərin ifaları biz dinləyicilərin yaddaşında dərin iz buraxdı. Üstəlik həmin gün biz həm də musiqinin dili ilə öz xatirələrimizi çözdük - şuşalı, qarabağlı xatirələrimizi.



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 21, 19, 17, 14, 12, 11, 07 05, 03,
October: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK