adalet.az header logo
  • Bakı 6°C
15 Sentyabr 2014 11:55
22753
MƏMLƏKƏT
A- A+

Füzuli də seçici fəallığının artırılması üçün tədbir keçirilib

"Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlaının Müdafiəsi” İctimai Birliyi "Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”-nın maliyyə dəstəyi ilə "Cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlar arasında seçici fəallığının artırılması” layihəsi çərçivəsində Füzuli rayonunda məlumatlandırma sessiyası keçirib.

Adalet.az xəbər verir ki, layihənin keçirilməsində məqsəd cəbhəyanı bölgələrdə yaşayan vətəndaşları seçici qanunvericiliyi sahəsində maarifləndirmək, habelə yaradılmış bələdiyyələrin hüquq və vəzifələrini vətəndaşlara aşılamaqdan ibarətdir. Görüş də ilk dəfə bələdiyyə seçkilərində səs verəcək iştirakçılar üstünlük təşkil edib. Görüş zamanı iştirakçılara və ilk dəfə seçkilərdə iştirak edəcək şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş seçici hüquq və vəzifələri çatdırılmış, seçki prosesi haqqında məlumatların əldə edilmə qaydası, bələdiyyələrin sosial öhdəlikləri və vəzifələri barədə geniş informasiya verilib. Qeyd edək ki, layihə çərçivəsində növbəti və son görüş Beyləqan rayonunda təşkil olunacaq.