adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
04 Dekabr 2021 13:53
353
GÜNDƏM
A- A+

Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb

Birləşmiş Krallığa səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Lordlar Palatasının üzvü Vacid Xanla görüşü keçirilib.

Komitədən Adalet.az-a bildirilib ki, Vestminster Sarayında baş tutan görüş zamanı Birləşmiş Krallığın Azərbaycanın etibarlı tərəfdaşı və ən böyük investorlardan biri olduğu, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyi, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq etdiyi, hər iki ölkədə etnik və azlıqlara münasibətdə nümunəvi tolerantlıq, multikultural dəyərlərə sadiqlik siyasəti nümayiş etdirildiyi qeyd olunub.

Görüşdə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev də iştirak edib.

Böyük Britaniyaya səfəri çərçivəsində Fuad Muradov Lordlar Palatasının üzvləri Məhəmməd Şeyx, Qurban Hussain və Malkolm Bryusla da görüşüb. Nəzərə çatdırılıb ki, yerli ictimaiyyətə inteqrasiya etmək üçün Birləşmiş Krallıqda yaşayan azərbaycanlılara böyük imkanlar yaradılıb. Komitə sədri bildirib ki, diasporun, Azərbaycan evlərinin və tələbə gənclərin imkanlarının genişləndirilməsi proqramının hazırlanmasına ehtiyac duyulur və belə proqram Azərbaycan hökuməti tərəfindən dəstəklənə bilər. Lordlar Palatasının üzvləri Azərbaycanın regionda vacib rol oynadığını vurğulayıblar. Görüşdə Böyük Britaniyadan olan investorların Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan quruculuq prosesində iştirak imkanları da müzakirə olunub.