adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Dekabr 2021 15:04
1108
HADİSƏ
A- A+

Şəhid hərbçilərimiz dəfn olundu - YENİLƏNİB

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində həlak olanlar dəfn olunub.

Adalet.az xəbər verir ki, onların cənazələri II Şəhidlər xiyabanında torpağa tapşırılıb.

*** 14:26

DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində şəhid olanlar II Şəhidlər Xiyabanında dəfn olunur.

Adalet.az-ın məlumatına görə, mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, DSX generalları, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov, Dövlət Gömrük komitəsinin sədri,  gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, Azərbaycan Müdafiə Sənayesi naziri, general-polkovnik Mədət Quliyev, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edirlər.