adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Noyabr 2021 11:39
936
MƏMLƏKƏT
A- A+

Bu ərazilərə qar yağıb - Faktiki hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən noyabrın 25-i saat 11:00 məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 27.0 mm, Lənkəranda 22.0 mm, Qəbələdə 17.0 mm, Göygöldə 9.0 mm, Daşkəsəndə 8.0 mm, Gədəbəy, Gəncədə 7.0 mm, Mingəçevir, İsmayıllı, Oğuzda 6.0 mm, Quba, Lerik, Qusarda 5.0 mm, Ləzə, Yardımlı, Şəmkirdə 4.0 mm, Göyçay, Ağdərədə (Ordubad), Naftalan, Şabran, Şamaxı, Ağsu, Tərtərdə 3.0 mm, Nabran, Xınalıq, Ağdam, Qobustan, Altıağac, Xaltan, Qrız, Bərdə, Sarıbaşda (Qax) 2.0 mm, Tovuz, Zərdab, Kürdəmir, Sabirabad, Kişçay (Şəki), Şahdağ, Şəkidə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında Maştağada 5.0 mm, Bakı, Pirallahıda 0.0 mm olub.

Qar örtüyünün hündürlüyü Xınalıq, Daşkəsəndə 5 sm, Qrızda 4 sm, Göygöl, Altıağacda 2 sm, Qusar, Xaltan, Ləzə, Şahdağda 1 sm olub.

Şimal-qərb küləyi arabir Neftçalada 24 m/s, Salyan, Naftalanda 22 m/s, Tovuz, Daşkəsəndə 20 m/s, Qobustan, Tərtər, Tovuzda 18 m/s, Şirvanda 16 m/s, Şəkidə 15 m/s, Bakıda və Abşeron yarımadasında Maştağa, Neft Daşlarında 25 m/s, Qum adasında 24 m/s, Ələt, Bakıda 22 m/s, Pirallahıda 21 m/s, Çilov adasında 20 m/s, Sumqayıtda 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6°-dək isti, aran rayonlarında 6-10° isti, dağlıq rayonlarda 8°-dək şaxta, Naxçıvan MR-da 0-5° isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 27-dək davam edəcək. 27-si gündüzdən hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi gözlənilir.