adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Noyabr 2021 15:56
1141
DÜNYA
A- A+

Ukraynada Rusiyaya işləyən 5 haker saxlanıldı

Ukrayna Rusiya üçün çalışan kibercinayətkarlara qarşı hərəkətə keçib.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, əməliyyatlar zamanı 5 haker saxlanılıb.

Saxlanılan şəxslər casusluqda və dövlət çevrilişinə cəhddə ittiham olunur.

Qeyd edək ki, “Armagedon” kimi tanınan qruplaşma 2014-cü ildən fəaliyyət göstərib. Hakerlər xəstəxanalar, banklar və fabriklər olmaqla, Ukrayna dövlət qurumlarına qarşı 5000-ə yaxın kiberhücuma görə məsuliyyət daşıyırlar.