SON DƏQİQƏ:

Biz Tehranın gözündə böyümədik, biz də Tehranı gözümüzdə böyütməyək - Rza Rzayev yazır

  1170   |  
Şriftin ölçüsü  

Son günlər coğrafiyamızda bildiyimiz və bilmədiyimiz proseslər gedir. Görünən və görünməyən qüvvələr iş başındadır. TV-də, yazılı mətbuatda və sosial şəbəkələrdə müzakirələr aparılır. Müxtəlif fikirlər, təhlillər və yozumlar var.

Kimisi ortaya ürəyini qoyur, kimisi beynini, kimisi xislətini...

Bəzisi dilini çeynəyir, bəzisi ağzına qoyulanı danışır, bəzisi də nə baş verdiyindən xəbərsiz "havlayır".

İran Təbrizdən və Tehrandan ibarətdir.

Tehran qonşumuzdur , həm də seçmədiyimiz - bəxtimiz belə gətirib. Atalar deyir ki, yaxın qonşu uzaq qohumdan irəlidir. Tehran isə heç vaxt bizi irəli salmaq istəməyib və istəmir də.

İllərdi, göz görə-görə Tehran Ermənistanın yanında oldu. Biz də gördüyümüzü dilə gətirə biləcək gücdə deyildik, susurduq, indi gücümüzü göstərmişik, dilimiz açılıb, gerçəkləri açıq söyləyirik.

Tehran həmişə Ermənistanın əyilən tərəfində dayanıb, öz əyrisini Ermənistanın əyrisi ilə düz göstərmək istəyib.

Ermənistan illərdi bir neçə dövlətin "gəlini" rolunda çıxış edirdi, yengələrinə güvənirdi, son toyda Ermənistana elə toy tutduq ki, yengələrin çoxu aradan çıxdı, ortada qalan Tehran oldu, işin içindən uğurla çıxan Azərbaycan ortalıqda qalan yengə ilə işi olmadığını dəfələrlə bəyan etdi.

Dövlət maraqları bəzən (mövcud dövrdə ) ictimai şüur, düşüncə, arzu və istək ilə üst-üstə düşməyə bilər. Dövlət uzunmüddətli strateji maraqları əsas alır. Dövlət üçün çox vaxt bugünün ictimai rəyi əhəmiyyətli olmur.

Tehranın siyasəti ilə İranın ictimai rəyi heç vaxt üst-üstə düşməyib. Tehran heç vaxt ictimai rəyi nəzərə almayıb, İranda çoxluğun arzu-istəkləri başqadır, Tehranı da ən çox narahat edən budur.

Bizim Tehran ilə dövlət maraqlarımız üst-üstə düşmür, çünki Tehran çəpəri vaxtında yerindən çəkməyib, əyri çəkib, qonşuluq prinsiplərini pozub. Biz də illərdir zamanı gözləmişik çəpəri tarixi yerinə çəkək.

Tehran dünyanın bir hissəsi olmaqla razılaşmır, əlavə hissələr istəyir.

Son illər Şərqdə, mövcud dövrdə dünya gücləri sayılan və sayılmaq istəyən dövlətlərin gücləri təkrar sınaqdan keçirildi. Tehran sınaqdan çıxa bilmədi.

Tehran güzgüdə özünü olduğu kimi görməyən adama bənzəyir, güzgüdə gördüyünü gerçəklik kimi dəyərləndirməyə çalışır və bunda israr edir. Əslində, İran gerçəklikdə tam başqadır, yəni güzgüdə görünən (Tehranın təqdim etdiyi İran) ilə gerçək İran üst-üstə düşmür.

Gerçək Tehran gerçəkliyini (əsl üzünü) qəbul etmək istəmir. Uydurulmuş (maskalanmış) üzü ilə oyun çıxarır, bu dəfə əsl gerçəklik ortadadır, Tehran gerçəkliyi (gerçəklik) ilə üz-üzə qalıb.

Biz illərdir sübut etmişik ki, Tehrana atılan nə daş olduq, nə də daş atan əl, amma Tehran bizi vuran əllərə həmişə daş qoyub.

Tehran harada "A" görür, Azərbaycan oxuyur.

İndi Tehranın quyruğu qalıb qapı arasında, günahkar axtarır, günahı bizdə görür, deyirlər - "qapı sizdəndir", qapını istehsal edən ölkənin adı yazılan yerini axıra qədər oxumurlar.

İndi görünməyən heç nə yoxdur və Tehran üçün daha heç kim (dövlətlər) görməzdən gəlmək istəmir.

Tehran bicliyindən bəzən uşaqlıq edir, düşmənlərini mat qoyur, bu da bir siyasətdir - özünü bəsit göstərib iz azdırmaq, üz-üzə dayandığı düşmənin gözlərinin içinə baxa-baxa başqa ad çəkmək, düşmənini özünə güldürmək, gülən düşməninə qoşulub gülmək - əlavə vaxt qazanmağın və üzrün Tehran (uşaq) forması.

Tehran onu vuran idmançıya gücü çatmayacağını öncədən bildiyi üçün idmançını qoyub həmin idmanın yarandığı (və yaxud idmançının keçdiyi) ölkəni günahkar elan edir.

Ya Tehran düzələcək, ya da Tehranı düzəldəcəklər.

Böyük Ərdoğan: "Mən şəxsən İranla Azərbaycan arasında hərbi qarşıdurmanın olacağına inanmıram. İsrailin Azərbaycanla əlaqələrinə görə İran Azərbaycanı hədəf seçə bilməz. Çünki bu gün İranda yaşayan azərbaycanlıların sayı göz qabağındadır. Bu, təbii ki, İranı düşündürür. O qədər də asan deyil. Görülən işlər səhvdir. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu səhvi davam etdirməyəcək" .

Tehran heç vaxt bizi böyük, bütöv görmək istəməyib, bizi bölüb küçükləri böyütmək istəyib, biz Tehranın gözündə heç vaxt böyümədik, gəlin, biz də Tehranı gözümüzdə böyütməyək, çünki İranı tarixən biz qoruduq, biz böyütdük, İran həmişə bizə görə böyük olub, bizim ərazi və əhali sayımıza görə.

Dövlət Başçısının tapşırığı ilə işğaldan azad olunan Qarabağda ilk yollar çəkilir, həm də yeniləri, Tehranın son günlər çıxardığı səsdən başa düşülən budur ki, heç demə Tehranı ən çox qorxudan yol da elə Qarabağdan keçirmiş - Təbrizə gedən yol...

Dövlət Başçısı tez-tez Qarabağa səfər edir, ən çox da yeni çəkilən yollar ilə maraqlanır, bu Yolda kimsəyə etibar etmir, sükan arxasında da özü əyləşir, kimsə də cürət edib bu Yolda daha onun qarşısına çıxa bilmir, bu Yol Onun Yoludur.

 

Rejissor, aktyor - Rza Rzayev

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK