adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
22 Oktyabr 2021 11:10
740
HADİSƏ
A- A+

Şamaxıda partlayış: Ölən var - RƏSMİ AÇIQLAMA

Oktyabrın 2-də Şamaxı şəhər sakini Mirdaşqın Babayevin yaşadığı evin hamam otağında qaz sızması ilə əlaqədar partlayış baş verib.

Şamaxı Rayon Prokurorluğundan verilən məlumata görə, partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alması və aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.