adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Oktyabr 2021 09:29
1026
HADİSƏ
A- A+

Hacı İlqar sərbəst buraxıldı

Tanınmış ilahiyyatçı Hacı İlqar İbrahimoğlu sərbəst buraxılıb. Bu barədə İbrahimoğlunun özü məlumat verib.

Qeyd edək ki, dünən Şirvan Apellyasiya Məhkəməsində Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru Sərdar Hacıhəsənlinin məhkəməsində iştirak etmək üçün bu şəhərə getmiş Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı Hacı İlqar İbrahimoğlu və daha 3 nəfər Şirvanda saxlanılaraq polis bölməsinə aparılıb. İ.İbrahimoğlu şahid qismində dindirildikdən sonra gecə saatlarında sərbəst buraxılıb. O bildirib ki, xüsusi xidmət orqanında onunla çox peşəkar davranıblar və araşdırılan mövzu ilə bağlı sualları cavablandırıb.

 

İLTİFAT