adalet.az header logo
  • Bakı 7°C
18 Oktyabr 2021 16:42
1754
ANALİZ
A- A+

Zəngəzurdakı İran hərbi bazası bağlanarsa, İran yenə Ermənistanı müdafiə edəcəkmi?


Ermənistanın İranla təmasların maksimum dərəcədə möhkəmlənməsində marağı aydındır. Təbii ki, anladınız, İranı Ermənistana yaxınlaşdıran  30 milyon güneylinin, 10 milyonluq quzeyliyə qovuşmaq istəyindən doğan qorxusudur Ermənistanın işğal etdiyi amma özünə aid olmayantorpaqların əlindən çıxması qorxusudur. Gördüyünüz kimi bir “düşmən”ə 2 qorxu hissi möhkəm bir həmrəylik yaradır.

Adalet.az xəbər verir ki, dövlət müstəqilliyi qazandığı ilk gündən bəri şovinist siyasət yürüdərək bölgədəki qonşularına qarşı sürəkli ərazi iddiaları ilə çıxış edən ermənilərin "torpaq istəyi" ünvanlamadıqları yeganə ölkə, hələlik ki, İrandır. Aqressivliyi diplomatiya, terrorçuluğu da həyat tərzinə döndərmiş Yerevandakı iqtidarlar dəyişsə də, Tehrana olan münasibət olduğu kimi qalıb. Bu gün isə bu həmrəyliyin başqa depallarını da sizlərlə bölüşəcəyik.

 

 “Zəngəzurdakı İran hərbi bazası”?

 


 
Еrmənistan Zəngəzur dəhlizinə görə narahatdır. Prezident İlham Əliyevin “Ermənistan istəsə də, istəməsə də, Zəngəzurdan dəmir yolu çəkəcəyik” açıqlaması İrəvanda geniş müzakirələrə səbəb olub. Ermənistanda bu gün Qarabağ mövzusundan çox, Zəngəzurun gələcək taleyindən danışırlar. Əlbəttə bu çıxışa erməni siyasi fəallar etinasız qala bilməzdilər.
Rusiyalı siyasi mütəxəssis, ermənipərəst “Realist” agentliyin baş redaktoru  Sarkis Tsaturyan bildirib ki, Zəngəzurdakı İran hərbi bazası Ermənistanın təhlükəsizliyini təmin edəcək”.
Daha sonra :“Əgər Ermənistan delimitasiya ilə bağlı müqavilə imzalasa, o zaman İran üçün bitəcək və açıq şəkildə düşmən dövlətə çevriləcək. Hansı ki, mən bu haqda bir il əvvəl xəbərdarlıq etmişdim. Bu tamamilə qəbuledilməzdir, çünki İran İrəvanın son 30 ildə rədd etdiyi Ermənistanın təbii müttəfiqidir. İttifaqlar sisteminin savadsız tərifi səbəbindən bütün millət mövcud fəlakətli vəziyyətə düşdü” – deyə Sarkis Tsaturyan vurğulayıb.

 


Sonda erməni siyasətçi gileylənərək, İranın qeyri-adekvatlığı onun siyasətində həmişə müşahidə olunub. İstər Xəzər, istərsə də nüvə proqramı ilə bağlı danışıqlarda Tehran qeyri-konstruktiv davranır-deyə bildirib. Bir sözlə, tanınmış erməni  öz fikrinə özü də cavab verib.

Qeyd etməyi vacib bildim: Bu ilin may ayında Ermənistan mətbuatının yazdığına görə Rusiyanın  Gümrüdəki 102-ci bazasının qüvvələri Zəngəzur (Sünik və Geqarkunik) mahalına gətirilib.

Yeri gəlmişkən, 2017-ci ildə Rusiyanın “Zvezda” telekanalında yayımlanan siyasi tok-şou zamanı müzakirə mövzusu isə Türkiyə-Rusiya münasibətləri olub. Həmin bu erməni ekspert Sarkis Tsaturyanın Türkiyə ilə bağlı səsləndirdiyi təhqiramiz fikirlərə sərt reaksiya verən  azərbaycanlı jurnalist Fuad Abbasov onunla əlbəyaxa dava etmişdi.

Əntiqə Rəşid
 

Digər Xəbərlər