adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Oktyabr 2021 17:43
1072
İDMAN
A- A+

Canni De Byazi: “Mahir Emrelidən sabah qol gözləyirəm”

“Üzərimdə heç bir təzyiq hiss etmirəm. Dublində reytinqdə 50-ci sırada olan komandaya qarşı yaxşı oynamışdıq. Bu dəfə də həmin oyunu göstərəcəyimizə inanıram. Ümumilikdə Azərbaycan millisində 16 oyun keçirmişəm. Bunların 13-ü səfərdə olub”.

Oxu.Az-ın xəbərinə görə, bunu futbol millimizin baş məşqçisi Canni De Byazi deyib.

O, sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində İrlandiya ilə Bakı Olimpiya Stadionunda millimizin keçirəcəyi oyun barədə danışıb:

“Rəqibimizdə əksəri İngiltərədə oynayan futbolçulardır. Topu özümüzdə saxlamağı bacarmalıyıq. Lazımsız yerdə topu qabağa atmamalıyıq.

“Beşiktaş”ın heyətində Çempionlar Liqasında U-21 millisində çıxış etmiş Berkay Vardarın oyunundan xəbərim var. Onun sol ayaq müdafiəçisi olduğunu bilirəm. Açığı, o, “Beşiktaş”da oyunçu qıtlığı səbəbindən məcburiyyətdən buraxıldı. Ancaq belə oyunçulara ehtiyacımız var. Qismət olsa, onun da yığmaya çağrılma zamanı gələcək.

Futbolçularımız bu ildən xaricdə çıxış etməyə başlayıb. Namiq Ələsgərov və Mahir Emreli xaricdə uğurlu çıxış edir. Ancaq çıxış etdikləri cəmi 2 aydır. Onların çıxışı barədə yekun fikri 1 il sonra söyləmək olar. Mahir Emrelidən sabah qol gözləyirik. Baxmayaraq ki, o, keçirdiyimiz 16 oyunda 1 dənə də olsun qol vura bilməyib”.

Qeyd edək ki, matç sabah saat 20:00-da başlayacaq.