SON DƏQİQƏ:

Oktyabrın 1-dən bu şəxslərdən də COVID pasportu tələb oluna bilər

  280   |  
Şriftin ölçüsü  

Oktyabr ayının 1-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən, COVİD-19 pasportu olmayan bütün taksi sürücülərinə qarşı reydlər keçiriləcək. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, oktyabr ayının 1-dən koronavirus infeksiyasına qarşı hər iki peyvənd olunmayan taksi sürücüləri barədə qanuna müvafiq tədbirlər görüləcək.

Bu reydlər yalnız taksi sürücülərinə aid ediləcək, yoxsa bütün sərnişindaşıma sürücülərinə? Avtomobildə maksimum 4 sərnişin daşıya biləcək sürücülərə qarşı reydlər keçirilirsə, bu proses 35-40 sərnişin daşıyan asvtobus sürücülərinə də aid edilməlidir.

Adalet.az xəbər verir ki, məsələ ilə bağlı  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri dairəsinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir: "Bu, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavədə əks olunub.

Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən 1 sentyabr tarixindən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.

Müəyyən olunan norma və qaydaların təmin olunması istiqamətində DİN əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Polis əməkdaşlarının avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatını yoxlaması qanunauyğundur".

E. Hacıyev deyib ki, bütün tədbirlər koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması və onun törədə biləcəyi fəsadların qarşısının alınmasına yönəlib.(trend)

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK