Şuşada Bülbülün evində “Sevgili canan” - Video
AzTV Üzeyir Hacıbəyovun anadan olmasının 136-cı ildönümü ilə bağlı Şuşa şəhərində, Bülbülün ev muzeyində dahi bəstəkarın böyük şairimiz Nizaminin sözlərinə yazdığı "Sevgili canan" romansına klip çəkib.
Adalet.az xəbər verir ki, romansı xalq artisti Samir Cəfərov ifa edib.
Klipdə arxiv kadrlarından, Bülbülün evinin əski və indiki görüntülərindən, Şuşanın keçmiş və indiki durumunu göstərən lentlərdən istifadə olunub. Qeyd edək ki, klipin bir çox kadrları canlı ifa zamanı lentə alınıb.
Digər Xəbərlər
24 Aprel 2024 11:24