adalet.az header logo
  • Bakı 29°C
17 Sentyabr 2021 11:39
1014
DÜNYA
A- A+

Paşinyan növbəti dəfə biabır oldu - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə biabır olub.

Adalet.az xəbər verir ki, Paşinyan bu dəfə ötən gün  Düşənbə şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin sammiti zamanı qeyri-adekvat hərəkətləri ilə diqqət çəkib.

Belə ki, Paşinyan  ilk olaraq protokol qaydalarını pozub. Onun korteci sammit keçirilən iqamətgaha birinci gəlib. Qaydalara görə isə, ilk olaraq təşkilatın Baş katibi gəlməli idi. Bunun ardınca yarım saatlıq fasilə yaranıb. Hətta fəxri qarovul belə gözləməkdən yorulub.

Həmin anlar sosial mediada paylaşılaraq, izləmə  rekordu  qırıb. Baş nazirin bu hərəkətləri  gülüş obyektinə  çevrilib.