adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Sentyabr 2021 13:09
1321
İDMAN
A- A+

DE BYAZİNİN SƏFEH ƏVƏZLƏMƏSİ BAHA BAŞA  GƏLDİ 

Milli komandamız İrlandiya ilə oyuna istəkli  çıxmışdı. Hətta elə bil özlərinə  naşatır  spirti   sürtmüşdülər. Çox gözəl oyun nümayiş etdirdilər. Emin Mahmudovun  qolundan da  yox idi. Yəqin ki,  onun  qolu Dünya Çempionatının   seçmə oyunlarında  bu ayın 10 ən gözəl qolları  siyahısına düşəcək.

Amma oyunun  axırına  yaxın De  Byazinin səfeh əvəzləmələri komandamıza çox böyük zərbə  vurdu. Nəticədə oyun  heç-heçə qurtardı.

Belə «xlam» baş məşqçiləri hardan  tapıb gətirirlər möcüzədir  ey. Gündüz  çıraqla  axtarsan De Byazi kimi   mənasız baş məşqçi   tapa  bilməzsən.

Berti Foqts 5 il  bizlə  məzələndi, bizi şantaj elədi, özü də  hər il bunun  trolları yazırdılar ki,  guya Foqtsu  Braziliya   istəyir,  Argentina  istəyir,  İngiltərə  istəyir, Zimbabve, Madaqaskar  istəyir, yəni  guya  üstündə  qırğındı. Bizdən   getdi, hələ də  işsizdi. Heç Qvineya da  aparmadı.

İndi baxıram ki, De Byazi haqqında da yazırlar ki, filan  ölkə   istəyir, filan  ölkə  istəyir, bu da hələ naz edir.

Yadıma  ağdamlıların   məşhur bir  anekdotu düşdü. Ermənilər  Dağlıq Qarabağı istəyəndə  ağdamlılar  lağla  zarafat edirdilər ki,  ermənilərə  deyək ki, filankəsi də (adını  yazmıram, rəhmətə gedib) üstündə veririk, Qarabağı götürməyəcəklər.

İndi De Byazini də istəyənlərə deyək ki, üstündə  bülbül də veririk, götürməyəcəklər.