adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Avqust 2021 13:23
604
İDMAN
A- A+

"Keşlə"nin oyunçusuna 4 oyunluq cəza: Hakimi təhqir etdiyi üçün... 

AFFA İntizam Komitəsi "Keşlə" klubunun futbolçusu Şəhriyar Əliyevi 4 oyunluq cəzalandırıb.

Adalet.az xəbər verir ki,  buna 29 yaşlı müdafiəçinin "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın II tur matçının 90+5-ci dəqiqəsində hakimi təhqir etməsi səbəb olub.

Paytaxt təmsilçisi bunun üçün 3200 manat ödəcəyək. Komitə "Qəbələ"ni isə 800 manat məbləğində cərimələyib. "Qırmızı-qaralar"ın 4 oyunçusu həmin görüşdə sarı vərəqə alıb.

Bundan əlavə, "Neftçi" klubu da 800 manat məbləğində ziya düşüb. "Ağ-qaralar"ın 5 futbolçusu səfərdə "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.