adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
26 Iyul 2021 15:27
18593
SAĞLAMLIQ
A- A+

Vaksinasiyadan başqa, çıxış yolu yoxdur - Şahmar Mövsümov

Koronavirusdan çıxmağın yeganə yolu tam vaksinasiya olunmaqdır.

Adalet.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ş.Mövsümov bildirib ki, əhali tam peyvənd olunduqdan sonra koronavirusa qalib gələ bilərik: “Hər hansı başqa bir yol yoxdur. Peyvənd bütün ölkələrin prioritet məsələsidir və Azərbaycanda da prioritet olmaqda qalır. Biz özümüzün və yaxınlarımızın peyvənd olunaraq mümkün qədər tez bu bəladan xilas olmağa töhfəmizi verməliyik”.