adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 Iyul 2021 16:00
32487
ANALİZ
A- A+

Rusiya SM "təxribatı Ermənistan hökuməti yaradır" iddiası və ermənilərin həyəcanı 

Son günlər Ermənistan tərəfi  siyasi durumları nəzərdən keçirdikdən sonra həyəcan siqnalı çalmaqda davam edir.

Adalet.az xəbər verir ki, bu dəfə həyəcan təbilini Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan döyəcləyib. O bildirib ki, türklər hər şeyi elə hesablayıb və planlaşdırıblar ki, Ermənistan yenidən tək qalıb:“2021-ci ilin avqust-sentyabr aylarında Rusiya ümumdövlət seçkisinə gedəcək və yalnız Allah bilir ki, bu dövrdə nə baş verəcək. Hadisələrin inkişafından asılı olaraq, Rusiya bir müddət öz daxili problemləri ilə məşğul ola bilər”, – deyə o bildirib.

Onun sözlərinə görə, Qərb Türkiyə-Azərbaycan tandeminin Ermənistana qarşı fəaliyyətinə mane olmamaqla Ermənistanda antirusiya dalğasını gücləndirməyə çalışacaq. O, Ermənistanı nə siyasi, nə diplomatik, nə də hərbi planda yaxşı heç nəyin gözləmədiyini bildirib.

 Əslində həyəcan təbili çalmaqda Ermənistanı qınamaqda olmur. Çünki, Rusiya sülhməramlılarının sonuncu “Sərhəddəki təxribatı Ermənistan hökuməti yaradır” açıqlamasından sonra nələr olacağını təxminən bilirlər.

 Beləki, Ermənistana məxsus “Qraparak” qəzeti maraqlı bir məqalə ilə çıxış edib. Məqalədə “hökumətdəki son kadr dəyişikliklərindən sonra belə təəssürat yaranır ki, Nikol Paşinyan əsas sferalara antirusiya mövqeliləri təyin edərək, xarici siyasət kursunu dəyişir”-deyə yazılıb.

Daha sonra qəzet yazır: “O, vəzifədən rusiyayönlüləri uzaqlaşdırır və yerinə Qərb mərkəzlərindən idarə olunanları, bəzən isə düşmən dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqələri olanları təyin edir. Bizim hökumətin belə davranışı rusların və rusiyayönlü dairələrin diqqətindən yayınmır. Bu barədə sülhməramlılar da danışırlar. Zəngəzurda olan Rusiya sülhməramlıları yerli əhali ilə kontaktları zamanı öz narazılıqlarını gizlətmirlər. Onlar bəyan edirlər ki, Ermənistan-Azərbaycan sərhədində gərginlik məsələsində Ermənistan hökuməti günahkardır, çünki hər şeyi edir ki, Rusiyanın öz öhdəliklərini icra edə bilməmə təəssüratı yaratsın. Bunu isə Qərb qoşunlarının gətirilməsi məqsədilə edir”, – deyə o bildirib.

 Əntiqə Rəşid

Digər Xəbərlər