adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Iyul 2021 19:20
16300
SAĞLAMLIQ
A- A+

Azərbaycanda 225 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Azərbaycanda koronavirus infeksiyasına daha 225 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, son sutkada 4 nəfər koronavirusdan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 339 062 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 537 nəfər müalicə olunaraq sağalıb, 4 998 nəfər vəfat edib, aktiv xəstə sayı 2 527 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 593, ötən müddət ərzində isə ümumilikdə 3 935 913 test aparılıb.