adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Iyul 2021 20:20
61923
ŞOU-BİZNES
A- A+

Afaq müğənnini müdafiəyə qalxdı: ...qabırğasını, böyrəyini, hətta ürəyini də çıxartdıra bilər...

 “Son zamanlar məşhurların plastik əməliyyatları mövzusu çox aktualdır. Amma bilmirəm niyə? Əgər plastik cərrahiyə ilə məşğul olan cərrahlar varsa, bu əməliyyatlar da olmalıdır. Heç kimi də məcbur əməliyyat etmirlər. Bu məşhurların şəxsi həyatıdır. Niyə insanlar onları tənqid edirlər?”

Adalet.az xəbər verir ki, bu sözləri vaxtı ilə mətbuata açıqlamasında “Dörd əməliyyatıma 10 min manat xərcləmişəm” deyən” aparıcı Afaq Gəncəli  “Ziq-zaq” verilişinə qonaq olarkən deyib. Onun fikrincə, insanların şəxsi işinə qarışmaq,plastik əməliyyatlara görə onları qınamaq doğru deyil:

Bir müddət əvvəl qabırğasını çıxartdıran müğənni Nura Surini müdafiə edən Afaq “Nura Suri qabırğasını, böyrəyini, hətta ürəyini də çıxartdıra bilər. Bir göz ilə, yaxud keçəl də gəzə bilər.

 

 

Bu Nura Surinin şəxsi işidir. O özünü elə gözəl görürsə, nə xoş, nə gözəl… Onun sağlamlığı əldən gedəcəksə, özünə olacaq”-deyə bildirib.

 

Əntiqə Rəşid