adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
10 Iyul 2021 16:08
44458
İDMAN
A- A+

"Qarabağ" - "Arsenal" matçının başlama saatı məlum oldu

"Qarabağ"ın Avstriyada Rusiyanın "Arsenal" (Tula) komandası ilə keçirəcəyi yoxlama matçının başlama saatı açıqlanıb.

Adalet.az  Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 11-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, "köhlən atlar" Avstriyadakı ilk sınaq matçında Bolqarıstanın MOİK (Sofiya) kollektivini 1:0 hesabı ilə məğlub edib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda son oyununda Almaniya "Auqsburq"u ilə üz-üzə gələcək. Bu görüş iyulun 15-də olacaq.