SON DƏQİQƏ:

Baş Prokurorluqda konfrans keçirilib (FOTO)

  14696   |  
Şriftin ölçüsü  

İyunun 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə intihar və intihara cəhd edilməsi hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə əlaqədar çoxsaylı dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli konfrans keçirilib.

Baş Prokurorluqdan Adalet.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə ardıcıl islahatların aparılmasını, vətəndaşların maddi rifah halının yaxşılaşmasını, sosial müdafiəsinin daim diqqət mərkəzində saxlandığını qeyd edərək Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna təşəbbüsü nəticəsində əhalinin bütün təbəqələrin dövlət qayğısı ilə əhatə olunduğunu bildirmişdir.

Qeyd edilmişdir ki, dünyada son dövrlərin ən ciddi sosial mövzularından biri olan intihar və intihara cəhd edilməsi hadisələrinin digər dövlətlərlə müqayisədə ölkəmizdə dəfələrlə az baş verməsinə baxmayaraq, bu kimi halların baş verməsinin qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Bu kimi halları doğuran səbəb və şəraitin araşdırılması məqsədilə prokurorluq tərəfindən aparılmış elmi-nəzəri və praktiki təhlillərlə intihar hadisələrinin baş verməsinə əsasən psixopatoloji və sosial faktorların səbəb olması müəyyən edilməklə müvafiq dövlət qurumlarının yaxından iştirakı ilə zəruri qabaqlayıcı tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir.

Konfransda çıxış edən Təhsil Naziri Emin Əmrullayev yeniyetməlik dövründə intihar hallarının minimuma endirilməsinin tədris prosesinin əsas istiqamətlərindən birini təşkil etdiyini qeyd edərək ölkədə aparılan təhsil siyasətinin başlıca məqsədinin təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi olduğunu diqqətə çatdırmışdır.

Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova özünü öldürmə hadisələrinin qarşısının alınması istiqamətində müvafiq dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti ilə təxirəsalınmaz tədbirlərin görülməsinin önəmini bildirməklə ailədaxili zorakılıq hallarının azaldılması və şəxslərin keyfiyyətli reabilitasiyasının əhəmiyyətini qeyd etmiş, bu məsələdə kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin mənfi təsirinin aradan qaldırılmaqla maarifləndirici tədbirlərin sayının artırılmasının vacibliyini vurğulamışdır.

Bundan sonra Milli Məclisin, Baş Prokurorluğun, Ədliyyə, Daxili İşlər, Təhsil, Səhiyyə, Gənclər və İdman Nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər dövlət qurumlarının, eləcə də qeyri-hökumət təşkilatlarının məsul əməkdaşları intiharların qarşısının alınması, bu kimi halları doğuran faktorlar və onların aradan qaldırılmasına dair məruzələrlə çıxış etmiş, mövzu ətrafında faydalı fikir mübadiləsi aparılmaqla intihar hadisələrinin ictimailəşməsində mətbuat orqanlarının daha həssas fəaliyyətinin önəmi xüsusi qeyd edilmişdir.

Tədbir çərçivəsində Baş Prokurorluq tərəfindən hazırlanmış “İntihar və özünü öldürmə həddinə çatdırma, sosial fenomen və cinayət” adlı kitabın təqdimatı keçirilmişdir.

Konfransın yekununda aidiyyəti qurumların iştirakı ilə intihar hadisələrin baş verməsinin minimuma endirilməsi istiqamətində qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq qurumlararası İşçi Qrupun yaradılması qərara alınmışdır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK