SON DƏQİQƏ:

İKİ NƏFƏR ÜÇÜN VALS - Şahnaz Şahin yazır

  50577   |  
Şriftin ölçüsü  

Heç dörd yandan üstünüzə hücum çəkən fikirlərə qul oldunuzmu?.. Ağlınızdan bircə anlıq da olsa, hər şeyi atıb harasa çıxıb getməklə özünüzü ovutmaq keçdimi heç?.. Deyimmi, deməyimmi-deyə vurnuxdunuzmu içinizdə?.. Kənardan baxanda çox şeyi öz rəngində görmürük, ya da görə bilmirik. Bəzən lap “ən ürəksizdən” də sevgi umur adam, dərdini danışmağa həmdəm axtarır. Amma, kimə? Kimin belə vaxtlarda üz tutmağa həmdəmi, dərdinə şərik edə biləcəyi dostu varsa, xoş halına!..

     

Dünyamız çalxalanır, müharibə təzə qurtarıb, amma hələ də düşmən öz həyasız üzünü göstərməkdədir. Basdırdıqları minalar can alır, ömürləri kəsir. Pandemiya bitməyib, bir çox qadağalar aradan qaldırılmayıb hələ. Psixologiyada iyirmi bir gün deyilən anlayış var, əgər hansısa əməli bu müddətdə ardıcıl yerinə yetirsən, artıq sonra ta səni durdurmaq mümkün olmayacaq. Sözümü maskanın altından çıxarım də, açıq havada maskanın ləğv edilməsinə baxmayaraq, bu gün də maska ilə gəzən insanlar var! Necə öyrəşiblərsə, daha maska komfort duyğusu yaradır deyəsən...

    

Yadıma məşhur “Şouşenkdən qaçış” filmi düşdü, dəfələrlə izləmişəm, bir epizodu heç unuda bilmirəm. Demək, həbsxanada hər müəyyən müddətdən bir dustaqları psixoloji yoxlama komissiyasından keçirirlər. Sonuncu, “siz özünüzü artıq islah olunmuş hesab edirsinizmi?” sualına hər dəfə sevincək “ bəli!”-deyə cavab verir dustaq. Amma bu cavabdan sonra şəxsi işin üstünə “cəzası 10 il də artırılsın!” möhürü vurulur... Beləcə, cəza müddəti 30 ilə gəlib çatan və daha artıq olan dustaq, növbəti dəfələrdə sualı daha “bəli” deyil, “xeyr” deyə cavablandırır. Amma məhz bu dəfə ona azadlıq verilir...

    

Pandemiyanın hələ də davam edən toy yasağı... İlk başlayanda yasaqlara dözə bilməyənlər də səbirlənib indi. Toy gözləyənlər daha vəziyyəti özləri tənzimləmək qərarına gəliblər. Olmasın təmtəraqlı toy, olmasın yüz iştirakçı! Nə musiqi səsindən başın şişsın, nə gecə vaxtı növbənöv yeməklərin həzm dərdini çək. İki sevgili bəy və gəlin özəl vaxt keçirsin, sonra da bir vals altında möhtəşəm rəqsi edib, evlilik şərbətini dadsın... Necə romantikdir!.. Elə bu həftə iki nəfərlik toy edəcək tanışlar da bu fikirdədir. Vals da ona görə deyirəm ki, artıq çoxdan toyxana.., səhv etdim, bağışlayın, şadlıq evlərində “Vağzalı” sədaları demək olar ki, eşidilmir...

         

Mənsə hələ ümidimi itirməmişəm, çünki Azərbaycan musiqi xəzinəsi çox zəngin və dəyərlidir. Ona görə bəy və gəlinə təmiz azərbaycan dilində xeyir-dua verirəm:

Gəlin, sənin ay üzünə yaraşan,

Daranmış tellərin mübarək olsun.

Əlvan rəngli kəpənəklə yarışan,

Hənalı əllərin mübarək olsun...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK