adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 May 2021 18:18
19720
MƏMLƏKƏT
A- A+

Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir - FOTO

18 may tarixindən etibarən Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə qatarların yeni hərəkət cədvəli tətbiq ediləcək.

Bu barədə Adalet.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər. Cədvəllərdə dəyişiklik Abşeron dairəvi dəmir yolu xəttində yaranmış sıxlığın aradan qaldırılması üçün nəzərdə tutulub.

Belə ki, pandemiya şəraiti ilə əlaqədar fəaliyyəti dayandırılmış Bakı-Gəncə qatarı müvəqqəti olaraq sözügedən istiqamətlərdə sərnişinlərə xidmət göstərəcək.

Bu isə Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların sayını artıracaq.