adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
12 Aprel 2021 09:12
30242
DÜNYA
A- A+

Hindistanda meymunlara oğurluq öyrədən şəxslər saxlanılıb

Nyu-Dehli polisi meymunlara küçədə insanları qarət etməyi öyrədən iki şəxsi saxlayıb.

Bu barədə “Al-Arabiya” məlumat yayıb.

Məlumata əsasən, meymunların qarətinə məruz qalmış vəkil polisə şıkayət edib. O bildirib ki, heyvanlar onun cibindən xeyli pul çıxararaq qaçıblar.

Polisdən verilən məlumata görə, saxlanılan şəxslər həbsxanaya, meymunlar isə reabilitasiya mərkəzinə göndərilib.