adalet.az header logo
  • Bakı 7°C
09 Aprel 2021 16:51
34763
SAĞLAMLIQ
A- A+

Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 42 234 nəfərə vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 304 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 111 722, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 706 433, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 405 289 təşkil edir.