SON DƏQİQƏ:

Ermənistanla sərhəddə növbəti hərbi hissə fəaliy­yə­tə başlayıb - FOTO

  11780   |  
Şriftin ölçüsü  

Vətən müharibəsində düşmən üzərində tarixi qələbə­nin əldə olunmasından sonra sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkili məqsədilə bu ərazilərdə qısa müddət ərzində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması prosesi intensiv surətdə aparılmaqdadır.

Bu barədə Adalet.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, aprel ayının 6-da Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində növbəti hərbi hissə xidməti-döyüş fəaliy­yə­tinə başlanıb. Bu münasibətlə təşkil olunan mərasimdə, Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda Vətən müharibəsində düşmən üzərində tarixi qələbə­nin əldə olunmasında şərəflə iştirak edən və hazırda işğaldan azad olunan dövlət sərhədlərində xidmət aparan hər bir sərhədçi zabitin, gizirin, çavuşun və əsgərin hərbi vətənpərvərlik ruhunun yüksək olması, Vətən sərhədlərinin keşiyində qürurla xidmət etmələri bildirilib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dövlət sər­həd­ləri­mizin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün sərhədçilərin bundan sonra da səy və bacarıqlarını əsirgəməyəcəkləri vurğulanıb.

Tədbirin sonunda hərbi orkestrin müşayiəti ilə şəxsi heyət təntənəli marşla tribunanın önündən keçmiş və xidməti fəaliyyətində yüksək nəticələr göstər­miş hərbi qulluqçular təltif olunub.

Mərasimdə iştirak edənlər hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılan şəraitlə, o cümlədən inzibati bina və təlim mərkəzi, eləcə də şəxsi heyətin iş otaqları, kazarma və yeməkxana, təlim sinifləri, hamam-camaşırxana kompleksi, anbar, silah və texniki vasitə­lər, avtomobil texnikası ilə tanış olublar. Kompleks daimi su, elektrik enerjisi və digər zəruri avadanlıqlarla təmin edilib.

Geniş imkanlara malik olan təlim mərkəzi müxtəlif cür atıcı silahlardan, minamyot qurğularından, zirehli texnikalardan atışların keçirilməsinə və atışların nəticələrinin qiymətləndirilməsinə, bölmələrin döyüş hazırlığının yüksəldilməsinə və Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin mövcud olan silah və döyüş texnikasından istifadə etmə bacarıqlarının yüksəldilməsinə şərait yaradır.

Təlim mərkəzinin atış poliqonunda zirehli texnikalardan, atıcı silahlardan, minaatan və zenit qurğularından təlim atışları yerinə yetirilib.
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-10
2021-04-09

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK