adalet.az header logo
  • Bakı 7°C
06 Aprel 2021 12:16
61207
ŞOU-BİZNES
A- A+

Ajda Pekkan əməliyyat olundu

Ajda Pekkanın səhhəti ilə əlaqədar əməliyyat olunması Türkiyə mətbuatında gündəm oldu.

Adalet.az saytı xəbər verir ki, bu barədə ilk dəfə Ajda Pekkan Türkiyəli jurnalistə açıqlama verib:

“Dizimdən əməliyyat olundum, lakin burada şişirdiləcək bir məsələ yoxdur. Hazırda özümü yaxşı hiss edirəm. Bir problemim var idi ki, o da dizlərimdə idi və pandemiya zamanı onu da aradan qaldırdım. Bir dizimi əməliyyat etdilər. Problem məndə 5 ilə yaxın müddətdir ki, var. Əvvəllər konsertlərimə görə vaxtım yox idi ki, əməliyyat etdirim. Həm də başlanğıcda qorxurdum, çünki 4-5 ay istirahət etmək lazım idi. Buna görə də özüm müalicə etmək istədim, idman etdim və s. Amma sonra cərrahiyyə olundum. Qarşıda konsert verməyi planlayıram. Bu səbəbdən də əməliyyat olunmalı idim”.

Rövşən Tahir