adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
26 Mart 2021 13:56
26914
DÜNYA
A- A+

Ermənistanda nazirin açıqlaması gülüş hədəfinə çevrildi

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan verdiyi qeyri-adi proqnozu ilə ölkəsində gülüş hədəfinə çevrilib.
Azvision.az xəbər verir ki, sosial mediada nazirin turizmə dair şişirdilmiş rəqəmlə danışması tənqid edilib. Kerobyan iddia edib ki, bu il ölkəsində turistlər fantastik dərəcədə çox olacaq:

"2020-ci illə müqayisədə bu il turizm sektorunun 319 faiz böyüməsi proqnozlaşdırılır”.

"Ötən il turistimiz olmadı", - deyən iqtisadiyyat naziri ötən il bu il Novruz bayramı ilə əlaqədər bir qrup iranlının ölkəsinə qonaq gəldiyini qeyd edib.