adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Mart 2021 10:35
16873
MƏMLƏKƏT
A- A+

Müalicə üçün Türkiyəyə göndərilən dörd qazimiz sağalaraq Vətənə döndü - FOTO

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən dörd qazimiz sağalaraq Vətənə geri dönüb.

Adalet.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Bildirilib ki, qazilərimiz Mehtixanov Məhəmməd Biroğlan oğlu, Abdullayev Xəyal Yaşar oğlu, Eminov Aqil Vahid oğlu və Əzməmmədov Şəhriyar Şahməmməd oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 20 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. 

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.