SON DƏQİQƏ:

Şəhidin qardaşı üsyan etdi

  11908   |  
Şriftin ölçüsü  

Qardaşımın şəxsi əşyaları və geyimlərini Göygöldəki hərbi hissədən Bakıya gətirdim. İndi Naxçıvana, evimizə göndərməliyəm. 
Karqo ilə göndərmək üçün dəfələrlə hava limanının qaynar xəttinə zəng etdim, bir neçə şəxslə danışsam da nəticə olmadı. Məcbur qalıb mətbuat xidmətlərinə zəng etdim. "Əşyaları göndərmək üçün kimsə Naxçıvana getməlidir, 30 kq pulsuz, qalan hər kq üçün 40-50 qəpik ödəməlisiniz. Hava limanının qaydalarına görə əşyaları kimsə getmədən göndərmək olmur" dedi Paşa bəy.  

Mənim qardaşım Murovdan Şuşaya kimi döyüşüb, iki dəfə yaralansa da döyüşdən çıxmayıb, qəhrəmancasına şəhid olub. Amma bugün onun əşyalarını Naxçıvana göndərmək Azal üçün böyük problem olub. Tüpürüm o məbləğə, mənim üçün o məbləğ heç nədir. Amma şəhidə qarşı hörmətsizlik edilməsinə susa bilmirəm. Torpaq uğrunda canından keçən şəhidin əşyalarını evinə göndərmək üçün niyə pul tələb edilməlidir? Əşyaları karqoyla göndərmək bu qədərmi çətindir?

Hava limanının rüşvətxor, harın rəhbərinin damarlarından azərbaycanlı qanı axsaydı, şəhidə qarşı belə hörmətsizlik edilməzdi. 
İçimizdəki düşmənlər ön cəbhədəki düşməndən daha təhlükəlidir.

Heç kim incidilmiş şəhid ailələrindən ikinci dəfə fədakarlıq gözləməsin. Çox heyf minlərlə şəhiddən, çox heyf...

Şəhid qardaşı Elyar İslamoğlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-11
2021-04-10

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK