SON DƏQİQƏ:

Mədəniyyət naziri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri ilə görüşüb

  10110   |  
Şriftin ölçüsü  

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov martın 2-də Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və parlaq Zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsindən söz açan Fəxrəddin Altun Qarabağın işğaldan azad edilməsində Türkiyənin Azərbaycanla media sahəsində də yaxından əməkdaşlıq etdiyini vurğulayıb, qardaş ölkələr arasında mədəniyyət sahəsində də əməkdaşlığın gücləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən üç dildə çap edilən “Qarabağda 44 Gündə Gələn Zəfər” kitabı Türkiyə-Azərbaycan qardaşlığının nişanəsi olduğu ifadə edilib.

Nazir Anar Kərimov görüşdən məmnunluğunu ifadə edərək Türkiyənin göstərdiyi dəstəyin heç zaman unudulmayacağını bildirib. Ermənistanın Qarabağda maddi-mənəvi irsə vurduğu ziyanın miqyasını dünyaya nümayiş etdirmək üçün “Peace for Culture” adı altında kompaniyanın başladılacağını diqqətə çatdırıb.

F. Altun Azərbaycanın işğaldan azad olunan ərazilərində Ermənistan tərəfindən mədəni irsə dəymiş ziyanın miqyasının dünyaya çatdırılmasında Türkiyənin Azərbaycanla həmrəylik göstərcəyini milli vəzifə kimi qəbul etdiklərini dilə gətirib.

Görüşdə ölkələr arasında media, kommunikasiya siyasəti, mədəni əlaqələr, kino sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər mövzularda fikir mübadiləsi aparılıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-12

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK