SON DƏQİQƏ:

Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ

  9179   |  
Şriftin ölçüsü  

Son vaxtlar pay torpaqlarında yaşayış evlərinin, ictimai iaşə müəssisələrinin tikintisi aparılır, amma belə torpaqlarda bu halın baş verməsi yolverilməzdir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Teymur Şəkərəliyev “Ekspert saatı” proqramında deyib.

Onun sözlərinə görə, vaxtilə insanlara verilən pay torpaqlarında yalnız əkinçiliklə məşğul olmaq olar:

“Qarşıya kənd təsərrüfatı təyinatı olan torpaqların sahəsinin azaldılmaması məqsədi qoyulub. Hər bir torpaq kateqoriyası dəyişdirilirsə, onun əsaslandırılması aparılmalıdır. Torpağın kateqoriyasının dəyişdirilməsi təşəbbüsünü irəli sürən torpaq mülkiyyətçiləri müvafiq qurumlardan bunun üçün rəy və icazə almalıdırlar. Bu prosedur aparılmadan bu kateqoriyalı torpaqlarda tikinti işlərinin aparılması yolverilməzdir”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-14
2021-04-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 13, 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK