adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Mart 2021 12:30
27272
ANALİZ
A- A+

“Varlandın, amma insan olmadın” - Bülent Ersoya sərt təpki

Məşhur müğənni Yusuf Güney 55 tülkünün xəzindən hazırlanan paltonu alan Bülent Ersoya “Kişi oldun, qadın oldun, amma insan olmadın” deyərək təpki göstərib.

Bülent Ersoyun 450 min TL verərək aldığı paltoda 55 tülkünün xəzindən istifadə edilməsi sosial şəbəkələrdə yayılıb. Təpkilərin hədəfinə çevrilən Ersoya qarşı ən sərt reaksiyalardan biri də müğənni Yusuf Güneydən gəlib.

Ersoyu heyvanlara qarşı amansız biri kimi qınayan Yusuf sosial media hesabında bu sözləri yazıb:

“Kişi oldun, qadın oldun, solist oldun, başçı oldun, varlandın, sultan oldun, amma insan olmadın, Bülent Ersoy. Pul sənin, zövq sənin. Vicdanın yoxdur deyə belə palto alırsan. Amma bunu paylaşmasaydın, olmazdımı?”

Rövşən Tahir

Digər Xəbərlər