adalet.az header logo
  • Bakı 6°C
26 Fevral 2021 12:21
17314
DÜNYA
A- A+

Ermənistan parlamentinin binasına əlavə polis qüvvələri cəlb edilib

Yerevanda Ermənistan parlamentinin binasına əlavə polis qüvvələri cəlb edilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar parlament yaxınlığındakı meydanda, eləcə də digər mərkəzi meydanlarda çadırlarda gecələyiblər.

Günorta saatları üçün müxalifətin növbəti aksiyası təyin olunub.

Bundan əlavə, bu gün parlamentin növbədənkənar iclası da nəzərdə tutulub.

Qeyd edək ki, ötən gün Ermənistan ordusunun Baş qərargahı N.Paşinyanın istefası tələbi ilə bəyant vermişdi.