adalet.az header logo
  • Bakı 13°C
21 Fevral 2021 20:43
53602
ŞOU-BİZNES
A- A+

Koronavirusa yoluxan Akkayanın səhhəti pisləşdi 

Koronavirusla mübarizə aparan Deniz Akkaya xəstəxanaya yerləşdirilib.

Sosial media hesabından anbaan paylaşım edən Akkaya qızdırmasının 39 dərəcəyə qalxdığını, virusun ciyərlərinə qədər endiyini və dəhşətli öskürdüyünü söyləyib.

"Koronavirus mənim üçün inanılmaz dərəcədə ağır oldu"

Sosial media hesabında sağlamlığı barədə məlumatlar verən məşhur "Evdə virusla mübarizə aparmağı bacara bilmədim. İsrarlı şəkildə dirəniş göstərməyin faydası yox idi. Ona görə də xəstəxanaya yerləşdim" cümlələrini yazıb. Bunun ardınca Akkaya "Əvvəlcə bu virusu yüngül keçirəcəyimi düşünürdüm. Lakin olmadı. Həyatımda sağlamlığımla bağlı hansısa ciddi bir problem yaşamadığım halda bu xəstəlik mənim üçün ağır oldu. 4 gün ərzində yaşadıqlarımı sizinlə bölüşürəm" deyərək fikirlərini izləyiciləri ilə bölüşüb.

"Ağciyərimdə xırda ləkələr müşahidə olundu"

Akkaya instagram hesabında ard-arda paylaşdığı postlarda insanları bu virusun təhlükəli olduğuna inandırmağa çalışıb və çağırışlar edib: "Evdə qalıb koronavirusla mübarizə aparmaq heç də həmişə yaxşı hal deyil. Əgər daxili səs sizə "xəstəxanaya get" deyirsə, gedin. Nəyəsə gecikməyin. Yoxlamalar nəticəsində ağciyərimdə xırda ləkələr müşahidə olundu. Hazırda qızdırmam 39 dərəcədədir. Qızdırma olduğu təqdirdə heç nə hiss etmirəm. İlk günlərlə müqayisədə oynaq ağrılarım azalıb. Allahın izni ilə bu xəstəlik də keçər və mənə heç nə olmaz".

Rövşən Tahir