SON DƏQİQƏ:

DİN əməliyyat keçirdi: 48 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı - VİDEO

  52206   |  
Şriftin ölçüsü  

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Bəhruz Sərdarov saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Onun üzərinə baxış zamanı 15 qrama yaxın güclü təsirə malik narkotik vasitə olan heroin aşkar edilib. 

Əməliyyat tədbirlərinin davamı olaraq Bəhruz Sərdarovun Yasamal rayonundakı evinə baxış zamanı oradan 12 kiloqram heroin, bir kiloqram 645 qram psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni paytaxt ərazisində yaşayan xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.  Baş İdarə əməkdaşları dərhal “isti” izlərlə adı çəkilən şəxsin axtarışlarına başlayıblar. Görülən tədbirlər nəticəsində həmin şəxs də qısa zamanda saxlanılıb. İstintaq sirri olduğu üçün adı açıqlanmayan həmin şəxsin üzərindən və avtomobilindən bir kiloqram heroin, 503 qram metamfetamin, onun paytaxt ərazisində yaşadığı mənzildən isə əlavə olaraq 27 kiloqram 500 qram heroin, dörd kiloqram 500 qram metamfetamin, bir kiloqram tiryək və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik maddələri adı hələ ki, istintaqa məlum olmayan tanışının vasitəsi ilə bir neçə gün öncə Biləsuvar rayonunda əvvəlcədən gizlədilən yerdən satmaq üçün götürdüyünü bildirib.

Beləliklə Baş İdarə əməkdaşları tərəfindən keçirilən son əməliyyat nəticəsində qanunsuz  yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 48 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin yayılmasının qarşısı alınıb.

Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK