SON DƏQİQƏ:

Seyfdə narkotik gəzdirən Cəlilabad sakini saxlanılıb

  45261   |  
Şriftin ölçüsü  

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyat tədbirləri nəticəsində rayon sakininin avtomobilindəki seyfdən 2 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakini Üzeyir Cavadov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Keçirilən baxış zamanı onun üzərindən və idarə etdiyi “Toyota” markalı avtomobilin yük yerindəki dəmir seyfdən 1 kiloqram 511 qramdan artıq narkotik vasitə heroin və 461 qrama yaxın psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK