SON DƏQİQƏ:

Azərbaycana gələn və ölkədən gedən şəxslərin sayı azalıb

  11048   |  
Şriftin ölçüsü  

2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795,7 min və ya 2019-cu illə müqayisədə 4,0 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanla qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması 2020-ci ilin aprel-dekabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilmişdir.

2020-ci ildə ölkəmizə gələnlərin 28,3 faizi Rusiya, 23,2 faizi Gürcüstan, 20,2 faizi Türkiyə, 9,1 faizi İran, 2,1 faizi Ukrayna, 1,6 faizi Hindistan, 1,5 faizi Səudiyyə Ərəbistanı, 1,1 faizi Qazaxıstan, hər birindən 1,0 faiz olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan, hər birindən 0,9 faiz olmaqla Küveyt və Böyük Britaniya, 0,8 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və İraq, 0,5 faizi İsrail, hər birindən 0,4 faiz olmaqla Almaniya və İtaliya, 4,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 81,1 faizini kişilər, 18,9 faizini qadınlar təşkil etmişdir.

2020-ci il ərzində Çindən gələnlərin sayı 16,7 dəfə, Cənubi Koreyadan - 13,8 dəfə, İsraildən - 11,1 dəfə, Yaponiyadan - 10,2 dəfə, Polşadan - 10,0 dəfə, İraqdan - 9,8 dəfə, Səudiyyə Ərəbistanından - 9,0 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən ­­- 8,6 dəfə, Macarıstandan - 8,3 dəfə, Omandan - 7,5 dəfə, Kanadadan - 7,4 dəfə, ABŞ-dan­ - 7,2 dəfə, Qətərdən - 6,7 dəfə, Türkmənistandan - 6,3 dəfə, Fransadan - 6,0 dəfə, Almaniyadan - 5,8 dəfə, Qazaxıstandan - 5,6 dəfə, Niderlanddan - 5,3 dəfə, Böyük Britaniyadan - 5,2 dəfə, Misirdən - 5,1 dəfə azalmışdır.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,9 dəfə azalaraq 23,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5,0 dəfə azalaraq 110,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,2 dəfə azalaraq 273,4 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,0 faizi dəmir yolu və avtomobil, 27,6 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

2019-cu illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 4,8 dəfə azalaraq 1164,6 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 29,2 faizi İrana, 26,4 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 16,4 faizi Türkiyəyə, 9,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 70,4 faizini kişilər, 29,6 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 6,0 dəfə, Gürcüstana gedənlərin sayı 5,2 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 4,5 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalmışdır.

2020-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 73,2 faizi dəmir yolu və avtomobil, 23,8 faizi hava, 3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-03
2021-03-02

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 02,
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK