adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Yanvar 2021 11:11
59471
ŞOU-BİZNES
A- A+

Lopezin ideal bədən quruluşuna necə yiyələnməsinin sirləri bəlli oldu

Populyar mahnıları ilə yanaşı illərdir, qoruduğu bədən quruluşu ilə gündəmə gələn 51 yaşlı Cennifer Lopezin incə qalmasının sirləri ortaya çıxıb.

Adalet.az saytı xarici mənbələrə istinadən xəbər verir ki, məşhur müğənni bədən quruluşunu qorumaq üçün yuxu rejiminə, sağlamlıq qaydalarına, içki və qəhvə içməmək kimi şeylərə diqqət edir.

Sosial media hesabında paylaşdığı tətil fotoları ilə gündəmi zəbt edən dünya şöhrətli müğənni Cennifer Lopez bədən quruluşu ilə də qızlara meydan oxuyur. Pozaları ilə hər kəsi heyrətləndirən Cennifer nə qədər tətildə olub istirahət etsə də, özünü qorumaq üçün bir çox şeylərə diqqət yetirir.

10 saatlıq yuxu

Konsert məşqləri xaricində və sənətlə bağlı heç bir işi olmadığı halda Lopez gün ərzində 10 saat yuxu yatır. Gecələr tez yatıb səhərlər isə tez qalxan Lopezin ilk işi isə idman etməkdir. İdmanı tək etməyən Cennifer New Yorkda və Los-Ancelesdə bir çox məşhurun məşqçisindən dərs alır.

İstirahət zamanı günəş şüası qəbul etmir

Tez-tez dünyanın gözəl tətil güşələrində istirahət edən Lopez həm dənizdə, həm də hovuzda su idman növləri ilə məşğul olur. Onun istirahət zamanı ən çox diqqət yetirdiyi şey isə günəş şüasından qorunmaqdır. Günəşin dəriyə zərər vurduğunu və tez yaşlanmaya səbəb olduğunu bildiyinə görə uzun-uzadı, saatlarla günəş vannası qəbul etmir.

Qəhvə və içki içmir

51 yaşlı Lopez sağlamlığını qorumaq üçün təbii bitki çayları içir. Bir gündə 8 stəkan su içmək də Cenniferin formada qalmasının sirləri arasındadır.

Hər gün meditasiya ilə məşğul olur

Xarici görünüşün ruhi sağlamlıqla əlaqəli olduğunu düşünən müğənni davamlı olaraq hər gün meditasiya ilə də məşğul olur.

Rövşən Tahir