adalet.az header logo
  • Bakı 7°C
11 Yanvar 2021 14:59
317372
MARAQLI
A- A+

Dünyanın qadağan olunmuş bölgələri

Bohem meşəsi

11 km ərazisi olan bölgə San-Fransiskodakı özəl kişi klubuna aiddir. Dünyanın hər yerindən ən hörmətli insanlar hər il iyul ayında burada görüşürlər və bu ənənə 120 ildir davam edir. Bəzi insanlar məkanda yeni dünya hökumətinin qurulduğunu və ya buranın şeytanın yeri olduğunu düşünürlər.

HAARP

1997-ci ildə Alyaskada qurulan bu anten sahəsi 13 hektar ərazidə olan kimsəsiz bir çöldə yerləşir. HAARP iqlim anomaliyasına səbəb olur və hətta burada insan ağlının idarə oluna biləcəyi texnoloji məhsullar istehsal edildiyi düşünülür. Buranın zəlzələ, quraqlıq, qasırğa, daşqın və hətta epidemiyalara səbəb ola biləcəyinə əmin olan qruplar da var.

Mejqore

Rusiyanın qapalı şəhərlərindən biridir. Burada yeraltı mərkəzin qurulduğu düşünülür. Ancaq hal-hazırda dəqiq bir məlumat yoxdur.

Kronştat

Sankt-Peterburqun müdafiəsi üçün inşa edilmiş bu qəsəbənin limanına bu gün səyahət edə bilərsiniz, amma təhlükəsiz olmadığı üçün bir neçə qalaya giriş qadağandır.

Athos dağı

Şimal-qərbi Yunanıstanda yerləşən bu əzəmətli dağ 20 möhtəşəm monastra ev sahibliyi edir, amma təəssüf ki, hər kəs bu mənzərədən zövq ala bilməz. Qadınların, hətta dişi heyvanların Athos dağına qalxması qadağandır. Buna əməl etməyənləri həbs cəzası gözləyir.

Pemako

Bura buddistlər üçün müqəddəs yer hesab olunur və Pemakoya yol yoxdur. Əsrlərin müdrikliyini hiss etmək istəyən hər kəs piyada keçidindən keçməlidir. Və uçurumun üzərində salınmış 200 metr olan körpüdən keçməyi hər adam bacarmaz. Şəkillərdən gördüklərimizə nəzərən deyə bilərik ki, orada əsrarəngiz mənzərələr var. Hətta bu məkanı “gizli cənnət” adlandırmaq olar.

Oymyakon

Daha əvvəl məqalələrimizin birində bu bölgə haqqında geniş məlumat vermişdik. Dünyanın ən soyuq bölgəsi hesab edilən Oymyakona getməklə bağlı bir qadağa yoxdur. -50 dərəcənin normal temperatur sayıldığı qəsəbəyə kim getmək istəyər?

 

Eminquey